...

Azərbaycan Prezidenti "N" hərbi hissəsində zabit yataqxanasının açılışında iştirak edib

Siyasət Materials 25 May 2009 15:29 (UTC +04:00)

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev mayın 25-də Gəncə şəhərinə səfəri çərçivəsində Daxili Qoşunların "N" hərbi hissəsində zabit yataqxanasının açılışında iştirak edib, AzərTAc Dövlət Agentliyi məlumat yayıb.

Prezident yataqxana ilə tanış olub.

Yataqxananın tikintisinə 2008-ci  ilin yanvarında başlanılıb və bina 6 min kvadratmetr ərazini əhatə edir. Beşmərtəbəli binada 20 birotaqlı, 32 ikiotaqlı və 8 üçotaqlı mənzil var.

Birinci mərtəbədə 12 mənzil subay zabit və gizirlər üçün nəzərdə tutulub. Digər mərtəbələrdəki mənzillərdə isə ailəli zabit və gizirlər yaşayacaqlar. Bütün mənzillər soyuducu, mətbəx mebeli, qaz plitəsi, yataq dəstləri və televizorla təmin olunub. Mərkəzləşdirilmiş istilik sistemi ilə təmin olunmuş binanın qarşısında uşaq şəhərciyi də salınıb.

Prezident İlham Əliyev yaradılmış şəraiti yüksək qiymətləndirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti