...

Fələstinlilərin vəziyyəti acınacaqlıdır – ABŞ Prezidenti

Siyasət Materials 4 İyun 2009 16:54 (UTC +04:00)
Fələstinlilərin vəziyyəti acınacaqlıdır – ABŞ Prezidenti

"Fələstinlilərin hazırkı vəziyyəti acınacaqlıdır və yalnız "Yol xəritəsi"ndə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi zamanı sülh əldə oluna bilər", - ABŞ Prezidenti Barak Obama Qahirə Universitetində çıxış edərkən deyib, ВВС telekanalı məlumat verib.

"İsrail və Fələstin dövlətinin birlikdə mövcud olmasını nəzərdə tutan sülh müqaviləsi mübarizədə qalib gəlməklə əldə edilən məsələdir", - Obama deyib.

Obamanın sözlərinə görə, İsrailin Qərb Sahilində yəhudi məskənlərinin salınması fikrindən daşınması lazımdır. ABŞ bunu qeyri-qanuni hesab edir.

"Yaşayış yerlərinin salınması sülh cəhdlərinin qarşısını alır və bunu dayandırmağın vaxtı çatıb. Həmçinin ərən ölkələri keçmişə yox, gələcəyə köklənməlidirlər", - o bildirib.

"Fələstin İsrailə qarşı hərbi müqavimətini dayandırmalıdır. HƏMAS anlamalıdır ki, fələstinlilər qarşısında məsuliyyət daşıyır və hərbi müqavimətlə uğur qazanmaq olmaz", - Obama deyib.

O, əlavə edib ki, HƏMAS İsrailin mövcudluq hüqunu tanımalı, öz növbəsində İsrail də anlamalıdır ki, Fələstin dövlətinin mövcudluğu sülh üçün vacibdir.

Xəbər lenti

Xəbər lenti