...

Burcanadze parlament çoxluğu liderlərindən birini məhkəməyə verir

Siyasət Materials 15 İyun 2009 12:41 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 15 iyun / Trend Trend , müxbir N.Kirtsxaliya /

"Vahid Gürcüstan Demokratik Hərəkatı"nın lideri Nino Burcanadze parlament çoxluğu liderlərindən biri Georgi Qabaşvilini məhkəməyə vermək niyyətindədir 

"Qabaşvili məhkəmə qarşısında dayanmalı olacaq və səsləndirilən çirkin bəyanatlara görə cavab verəcək", - deyə Burcanadze İctimai Telekanalın efirində bildirib. "

Burcanadzenin sözlərinə əsasən, Qabaşvili onun üçün heç bir zaman böyük siyasətçi olmayıb. Burcanadze onun bəyanatları haqqında ətraflı danışmaq niyyətindədir.

"Məsuliyyət hissi daşıyan siyasətçi Qabaşvilinin verilişlərin birində söylədiyi cəfəngiyyatı danışmaz", - deyə o bildirib.

Burcanadze onun ünvanına söylənilən "çirkin bəyanatın" ictimaiyyət tərəfindən düzgün və adekvat şəkildə qiymətləndiriləcəyinə əmin olduğunu bildirib. 

"Biz hər kəsin yalnız bir nəfərin əmrlərinə tabe olduğu ölkədə yaşayırıq. Qabaşvili, Bakradze və digərləri bu cür çirkin tapşırıqların iştirakçılarıdır", - deyə o bildirib.

Burcanadze artıq analoji  ittiham ilə Gürcüstan Prezidenti Mixail Saakaşvilini məhkəməyə verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti