...

Azərbaycan Parlamentinin komitə sədri Mərkəzi Asiya ölkələrinin Parlament Assambleyasının yaradılacağını istisna etmir

Siyasət Materials 23 İyul 2009 14:55 (UTC +04:00)
“Bu təklif ATƏT Parlament Assambleyasının Litvanın paytaxtı Vilnüsdə keçirilən sessiyası zamanı Kanada nümayəndəsi tərəfindən irəli sürülüb”, - Trend News-un məlumatına görə, cümə axşamı jurnalistlərə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib.
Azərbaycan Parlamentinin komitə sədri Mərkəzi Asiya ölkələrinin Parlament Assambleyasının yaradılacağını istisna etmir

Azərbaycan, Bakı, 23 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Parlamentinin komitə sədri Mərkəzi Asiya ölkələrinin Parlament Assambleyasının yaradılacağını istisna etmir.

"Bu təklif ATƏT Parlament Assambleyasının Litvanın paytaxtı Vilnüsdə keçirilən sessiyası zamanı Kanada nümayəndəsi tərəfindən irəli sürülüb", - Trend -un məlumatına görə, cümə axşamı jurnalistlərə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib.

Aslanovanın sözlərinə görə, belə bir təklif edilsə də, onun yaxın zamanlarda yaradılması real görünmür.

"Çünki bu ideyanın reallaşdırılması üçün daha geniş çərçivədə müzakirə aparılmalıdır. Özü də çox maraqlıdır ki, bu məsələ məhz Mərkəzi Asiya ölkələri sayılan Qazaxıstan, Tacikistan, Əfqanıstan, o cümlədən Azərbaycan tərəfindən deyil, bu bölgədən məsafəcə xeyli uzaqda yerləşən kanadalı parlamentari tərəfindən ortaya atılıb. ATƏT PA-nın Vilnüs sessiyası zamanı Kanada nümayəndəsi bildirdi ki, təmsilçisi olduğu dövlət Mərkəzi Asiya regionu, o cümlədən Azərbaycanla əməkdaşlıq etməkdə çox maraqlıdır. Onun fikrincə, bu ilkin əməkdaşlığın forması kimi də Mərkəzi Asiya ölkələrinin Parlament Assambleyası, yaxud Mərkəzi Asiya ölkələri parlamentarilərinin Forumu yaradıla bilər", - millət vəkili əlavə edib.

Komitə sədri əməkdaşlığın inkişaf etdirilməsi baxımından belə bir qurumun və yaxud forumun yaranmasını məqsədəuyğun sayır. "Mən sessiyada da qeyd etdim ki, Kanada ilə Mərkəzi Asiya regionu arasında əməkdaşlıqda Azərbaycan olaraq bir körpü rolunu oynamağa hazırıq. Ona görə bildirmək istəyirəm ki, çox yaxın zamanlarda olmasa da, gələcəkdə belə bir qurumun yaradılması mümkün və realdır", - Aslanova vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti