...

AŞ PA-nın Avropa Xalq partiyası fraksiyası baç katib postuna seçkilərdə iştirak etməyə qərar verib

Siyasət Materials 29 Sentyabr 2009 01:03 (UTC +04:00)
AŞ PA-nın plenar iclasında deputatların böyük əksəriyyəti baç katib postuna seçkilərin keçirilməsinin lehinə səs verib. Avropa Xalq partiyası fraksiyası da baş katib postuna seçkilərdə iştirak etməyə qərar verib. Bu barədə suyasi qrupun sədri, belçikalı deputat Lük van den Brande bazar ertəsi qurumun payız sessiyası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.
AŞ PA-nın Avropa Xalq partiyası fraksiyası baç katib postuna seçkilərdə iştirak etməyə qərar verib

Fransa, Strasburq, 29 sentyabr / Trend , müxbir A.Məhərrəmli/ AŞ PA-nın plenar iclasında deputatların böyük əksəriyyəti baç katib postuna seçkilərin keçirilməsinin lehinə səs verib.  Avropa Xalq partiyası fraksiyası da  baş katib postuna seçkilərdə iştirak etməyə qərar verib. Bu barədə suyasi qrupun sədri, belçikalı deputat Lük van den Brande bazar ertəsi  qurumun payız sessiyası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.

"Mən təkid etdim ki, hər iki  namizəd siyasi qrupun üzvlərinə öz proqramları və məqsədləri haqqında ətraflı məlumat versin.  Günü ikinci yarıcı baş tutan dinləmələrdən sonra Avropa Xalq partiyasının (PPE) çərşənbə axşamı keçirilən seçkilərdə fəal iştirak etməsinə qərar verildi. Biz istəyirik ki, bu seçki legitim olsun,"- deyə o, əlavə edib.

Belçikali deputat əlavə edib ki, rəhbərlik etdiyi siyasi qrupun üzvləri sərbəst şəkildə istədikləri namizədə səs verəcək.

Lük van den Brande qeyd edib ki, hər iki namizəd Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasında özəl keyfiyyətlərə malikdir, lakin o, konkret ad çəkməyib.
Qeyd edək ki, Avropa Xalq partiyaı AŞ PA-nın bazar  ertəsi  keçirilən plenar iclasında baş katib postuna seçkilərin sessiyanın gündəliyindən çıxarılması tələbi ilə çıxış etmişdi.

Xəbər lenti

Xəbər lenti