...

Azərbaycan Müdafiə Nazirliyinin Təlim Mərkəzində baş verən kütləvi zəhərlənməyə səbəb antisanitariya olub - baş prokuror

Siyasət Materials 1 Oktyabr 2009 11:49 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən Ümumqoşun Təlim Mərkəzində baş verən kütləvi zəhərlənməyə hərbi hissədəki antisanitariya səbəb olub, Trend News-un məlumatına görə, bu barədə baş prokuror Zakir Qaralov cümə axşamı jurnalistlərə müsahibəsində məlumat verib.
Azərbaycan Müdafiə Nazirliyinin Təlim Mərkəzində baş verən kütləvi zəhərlənməyə səbəb antisanitariya olub - baş prokuror

Azərbaycan, Bakı, 1 oktyabr / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən Ümumqoşun Təlim Mərkəzində baş verən kütləvi zəhərlənməyə hərbi hissədəki antisanitariya səbəb olub, Trend -un məlumatına görə, bu barədə baş prokuror Zakir Qaralov cümə axşamı jurnalistlərə müsahibəsində məlumat verib.

Trend -un arayışı: Mayın 27-nə keçən gecə Bakının Qaradağ rayonunda yerləşən Qaraheybət Ümumqoşun Təlim Mərkəzində ötən axşam kütləvi qida zəhərlənməsi baş verib. Təlim Mərkəzindən 164 əsgər müayinə üçün Hərbi Klinik Hospitala gətirilib. Müayinədən sonra 158 əsgər xidməti yerlərinə qaytarılıb.

6 əsgərdə isə bəzi xəstəliklər müşahidə olunduğundan, əlavə müayinə və müalicəyə cəlb edilib. Həmin əsgərlər iki gün sonra hospitaldan hərbi hissələrinə buraxılıblar.

Baş prokuror bildirib ki, həmin cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir və hələlik heç bir şəxs cinayət məsuliyyətinə cəlb olunmayıb.

Qaralov məlum hadisədən sonra hərbi hissənin bir sıra əməkdaşının Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən məsuliyyətə cəlb edildiyini bildirib.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin qulluğa səhlənkar yanaşma ilə bağlı eyni əməllər ağır nəticələrə səbəb olma (342.2) maddəsi ilə cinayət işi açılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti