Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü "Azərbaycan Respublikasi Dövlət Neft Şirkətinin Strukturu"na dəyişiklik və əlavə edilməsi barədə fərman imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Fərmanda qeyd olunub ki, "Neft və qaz sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 1 iyul tarixli 366 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №1, maddə 36; 2004-cü il, №9, maddə 681; 2005-ci il, №2, maddə 73, №12, maddə 1109; 2006-cı il, №9, maddə 736; 2007-ci il, №3, maddə 219, 2009-cu il, №7, maddə 529) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Strukturu"na aşağıdakı dəyişiklik və əlavə edilsin:
1.1. 9.10-9.18-ci bəndlər müvafiq olaraq 9.11-9.19-cu bəndlər hesab edilsin.
1.2. Aşağıdakı məzmunda 9.10-cu bənd əlavə edilsin:
"9.10. Qaz emalı zavodu;".
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.