...

Azərbaycan bütün dünyada mədəni dəyərlərin qorunmasının tərəfdarıdır - mədəniyyət və turizm naziri

Siyasət Materials 13 Oktyabr 2009 13:02 (UTC +04:00)
Azərbaycan bütün dünyada mədəni dəyərlərin qorunmasının tərəfdarıdır və islam mədəniyyətinin gələcək inkişafının müzakirəsinə hazırdır, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev 13-15 oktyabrda Bakıda keçirilən islam ölkələri mədəniyyət nazirlərinin VI konfransında deyib.
Azərbaycan bütün dünyada mədəni dəyərlərin qorunmasının tərəfdarıdır - mədəniyyət və turizm naziri

Azərbaycan, Bakı, 13 oktyabr / Trend , müxbir Ü.Sadıxova/

Azərbaycan bütün dünyada mədəni dəyərlərin qorunmasının tərəfdarıdır və islam mədəniyyətinin gələcək inkişafının müzakirəsinə hazırdır, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev 13-15 oktyabrda Bakıda keçirilən islam ölkələri mədəniyyət nazirlərinin VI konfransında deyib.

O deyib ki, Bakının islam mədəniyyətinin paytaxtı elan olunması bizim mədəni əlaqələrimizi dərinləşdirib. Onun sözlərinə görə, Azərbaycan islamın maddi irsinin qorunması məsələsinə xüsusi diqqət ayırır.

"Ermənistan tərəfindən Azərbaycanın 20 faiz işğal olunmuş torpaqlarında məscidlər, muzeylər, nəinki Azərbaycanın, hətta bütün müsəlman dünyası və bəşər sivilizasiyasının mədəniyyət abidələri məhv edilir", - Qarayev deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

"İslam mədəniyyəti - bizim tariximiz və gələcəyimizdir. Buna görə də biz mədəni inkişaf uğrunda birləşməli və maddi-mədəni dəyərlərin qorunması işində əməkdaşlıq üçün əsas yaratmalıyıq", - nazir vurğulayıb.

Bakı konfransında 45 ölkədən 200-dən çox nümayəndə iştirak edir. 25 ölkə mədəniyyət naziri səviyyəsində təmsil olunur.

Xəbər lenti

Xəbər lenti