...

Azərbaycan Prezidenti imzalanan bir sıra sənədlərə əlavə və dəyişikliklərin edilməsi barədə fərman verib

Siyasət Materials 29 Oktyabr 2009 11:04 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi və 2008-ci il 25 avqust tarixli 3004 nömrəli sərəncami ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Azərbaycan Prezidenti imzalanan bir sıra sənədlərə əlavə və dəyişikliklərin edilməsi barədə fərman verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi və 2008-ci il 25 avqust tarixli 3004 nömrəli sərəncami ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramı"nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Prezident İlham Əliyev həmçinin "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli 835-iiiqd nömrəli qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına əlavələr və dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Bu barədə məlumatı çərşənbə günü AzərTac Dövlət İnformasiya Agentliyi yayıb.

Xəbər lenti

Xəbər lenti