Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzaiyə vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik məktubu ünvanlayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
"Ümidvaram ki, Azərbaycan-Əfqanıstan münasibətlərinin, xalqlarımız arasındakı dostluq və əməkdaşlıq ənənələrinin möhkəmləndirilməsi və inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik", - məktubda deyilir.
İlham Əliyev əfqanıstanlı həmkarına möhkəm cansağlığı, xoşbəxtlik, dost Əfqanıstan xalqının rifahı naminə fəaliyyətində uğurlar arzulayıb.