...

Gürcüstanın Azərbaycandakı yeni səfiri Prezident Administrasiyasının mətbuat xidmətinin başçısı vəzifəsində çalışıb

Siyasət Materials 18 Noyabr 2009 10:51 (UTC +04:00)
Gürcüstanın Azərbaycanda yeni səfiri Prezident Mixayıl Saakaşvili Administrasiyasının mətbuat xidmətinin başçısı olub.
Gürcüstanın Azərbaycandakı yeni səfiri Prezident Administrasiyasının mətbuat xidmətinin başçısı vəzifəsində çalışıb

Gürcüstan, Tbilisi, 18 noyabr / Trend , müxbir N.Kirtsxaliya/

Gürcüstanın Azərbaycanda yeni səfiri Prezident Mixayıl Saakaşvili Administrasiyasının mətbuat xidmətinin başçısı olub.

Gürcüstan Parlamenti dövlət başçısı tərəfindən təqdim edilələn İvane Noniaşvilinin namizdəliyini 84 səslə dəstəkləyib.

Parlamentdə seçildikdən sonra Noniaşvili Nikolaz Natbiladzeni əvəzləyəcək. Naztbiladze artıq Gürcüstanın İspaniyadakı səfiri təyin olunub və Azərbaycan Prezidenti və xarici işlər naziri ilə vidalaşıb.

Noniaşvili 2006-cı ildən Gürcüstanda Prezident Administrasiyasının mətbuat xidmətinə başçılıq edir. O, rus, ingilis və türk dillərini bilir. O, həmçinin mülki məsləhətçi rütbəsinə malikdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti