...

Polşada növbədən kənar prezident seçkiləri təşkil olunacaq

Siyasət Materials 10 Aprel 2010 15:57 (UTC +04:00)
Polşada növbədən kənar prezident seçkiləri təşkil olunacaq. Bu barədə Reuters agentliyi məlumat verir.
Polşada növbədən kənar prezident seçkiləri təşkil olunacaq

Polşada növbədən kənar prezident seçkiləri təşkil olunacaq. Bu barədə Reuters agentliyi məlumat verir.

Polşa Respublikasının 1997-ci il Konstitusiyasının 131-ci maddəsinə əsasən Polşa Prezidenti Lex Kaçinskinin həlak olmasından sonra dövlət başçısı funksiyasını Seymin marşalı Bronislav Komorovski yerinə yetirəcək.

Polşa Prezidenti Lex Kaçinskinin Tu-154 təyyarəsi şənbə günü Smolensk vilayətində yerə enərkən Şimal hərbi aerodromunun uçuş-enmə zolağının 300-400 metrliyində qəzaya uğrayıb. 87 nəfər həlak olub. Bu barədə RİA Novostiyə Rusiya FHN-in nümayəndəsi bildirib.

Xəbər lenti

Xəbər lenti