Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev MDB müdafiə nazirləri şurasının iclasında iştirak etmək üçün Moskvaya yola düşüb. İclasda hərbi əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi gözlənilir. Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.