...

Azərbaycan Prezidenti AzərTAc-ın fəaliyyətinin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb

Siyasət Materials 22 Aprel 2010 20:04 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Azərbaycan Respublikası haqqında məlumatların operativ və çevik yayılmasında, habelə dünyada baş vermiş hadisələr barədə ictimaiyyətimizin dolğun məlumatlandırılmasında AzərTAc-ın xüsusi əhəmiyyətini nəzərə alaraq, onun fəaliyyətinin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti AzərTAc-ın fəaliyyətinin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Azərbaycan Respublikası haqqında məlumatların operativ və çevik yayılmasında, habelə dünyada baş vermiş hadisələr barədə ictimaiyyətimizin dolğun məlumatlandırılmasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) xüsusi əhəmiyyətini nəzərə alaraq, onun fəaliyyətinin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Dövlət Teleqraf Agentliyinin xarici ölkələrdəki müxbir məntəqələrinin sayı artırılmalı, agentliyin Xarici dillərdəki informasiya baş redaksiyası nəzdində Multimedia və video xidməti yaradılmalı, agentliyin əlavə olaraq alman, fransız və ərəb dillərində xəbərlər buraxılışları təmin edilməlidir.

Nazirlər Kabinetinə iki ay müddətində bu sərəncama əsasən yaradılacaq müxbir məntəqələrinin, multimedia və video xidmətinin fəaliyyətinin və xarici dillərdə xəbər buraxılışlarının təminatı ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirmə məsələlərini həll etmək, Azərbaycan Dövlət Teleqraf Agentliyinin işçilərinin say həddini təsdiq etmək, agentliyin yeni inzibati binasının tikintisi məqsədilə müvafiq torpaq sahəsinin ayrılması üçün zəruri tədbirlər görmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti