...

Bu gün Parisdə Gürcüstan Mədəniyyət günləri start götürüb

Siyasət Materials 4 İyun 2010 11:15 (UTC +04:00)
Gürcüstan Mədəniyyət günləri çərçivəsində Parisdəki Pyer Karden Mərkəzində bir sıra tədbirlər həyata keçiriləcək.
Bu gün Parisdə Gürcüstan Mədəniyyət günləri start götürüb

Gürcüstan, Tbilisi, 4 iyun /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Mədəniyyət günləri çərçivəsində Parisdəki Pyer Karden Mərkəzində bir sıra tədbirlər həyata keçiriləcək.

İyunun 4-də mərkəzin konsert zalında Niki Memanişvili, Georgi Uşikişvilinin rəhbərliyi altında milli simfonik orkestrin və "Laşari" xalq mahnıları ansamblının iştirakı ilə "Gürcü kinosu və teatrının yarım saat musiqisi" adlı musiqili gecə keçiriləcək. 20-ci əsrin gürcü filmlərindən fraqmentlər nümayiş olunacaq.

Elə həmin gün Pyer Karden Mərkəzində gürcü kinosu və teatrının retrospektiv sərgisi keçiriləcək. Orada gürcü rəssamları Qamrekeli, Otsxeli, Virsaladze, Kazbeqi, Ştenberq, Şvelidze, Murvanidze, Mesxişvilinin teatr və kino işləri barədə eksponatlar nümayiş olunacaq.

Sərginin açılışında Gürcüstanın mədəniyyət naziri Nika Rurura iştirak edəcək. Tədbirə Fransanın siyasi və mədəniyyət dairələrinin nümayəndələri dəvət olunublar. Sərgi iyunun 9-dək davam edəcək.

İyunun 5-7-də Gürcüstan mədəniyyət günləri çərçivəsində gürcü filmlərinin nümayişi keçiriləcək.

Fransada Gürcüstan mədəniyyət günləri mayın 25-dən başlayıb. Həmin gün Masir İncəsənət Muzeyində "Pale de Tokio", "Gürcüstan baharı - maqnumun gündəlikləri" albomlarının təqdimatı keçirilib. Mayın 28-də elə bu muzeydə gürcü rəssamı Nino Caparidzenin fərdi sərgisi açılıb.

Fransada Gürcüstan mədəniyyət günləri iyunun 9-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti