...

NATO - Gürcüstan komissiyasının işi uğurludur - Gürcüstanın müdafiə naziri

Siyasət Materials 11 İyun 2010 15:25 (UTC +04:00)
Mən şadam ki, Gürcüstan və NATO arasında dərin siyasi dialoq və əməkdaşlıq mövcuddur, bu isə sonda Gürcüstanın alyansa daxil olmasına gətirib çıxaracaq, - bu gün Brüsseldə NATO - Gürcüstan komissiyasının iclasında Gürcüstanın müdafiə naziri Baço Axalaya bəyan edib.
NATO - Gürcüstan komissiyasının işi uğurludur - Gürcüstanın müdafiə naziri

Gürcüstan, Tbilisi, 11 iyun /Trend, N.Kirsxaliya/

Mən şadam ki, Gürcüstan və NATO arasında dərin siyasi dialoq və əməkdaşlıq mövcuddur, bu isə sonda Gürcüstanın alyansa daxil olmasına gətirib çıxaracaq, - bu gün Brüsseldə NATO - Gürcüstan komissiyasının iclasında Gürcüstanın müdafiə naziri Baço Axalaya bəyan edib.

Müdafiə Nazirliyinin başçısı NATO - Gürcüstan komissiyasının işini uğurlu adlandırıb.

Nazirin qeyd etdiyinə görə, təhlükələrə baxmayaraq, Gürcüstan müdafiə sahəsində islahatları uğurla həyata keçirir. "Biz hərbi təhsillə bağlı ciddi addımlar atmışıq. Çox vacibdir ki, NATO inteqrasiya yolunda inkişafa nail olmaqda bizə kömək etməyə davam edir. Bizim üçün, həmçinin, beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak etmək vacibdir. Gürcüstan alyansa daxil olmayan ölkələr arasında sülhməramlı əməliyyatlara ən çox hərbçi göndərən ölkədir. Mən inanmaq istəyirəm ki, bizim əməkdaşlığımız ümumi maraqlara əsaslanır və bu əməkdaşlıq Avroatlantika məkanında stabilliyə və sülhə kömək edəcək", - Gürcüstanın müdafiə naziri qeyd edib.

Xəbər lenti

Xəbər lenti