...

Şimali Alyansla Fərdi Tərəfdaşlıq Əməliyyat Planı müvəffəqiyyətlə həyata keçirilir - Azərbaycanın milli təhlükəsizlik naziri (FOTO)

Siyasət Materials 16 İyun 2010 17:33 (UTC +04:00)
Şimali Alyansla Fərdi Tərəfdaşlıq Əməliyyat Planı müvəffəqiyyətlə həyata keçirilir və ikitərəfli münasibətlər dinamik inkişaf edir. Bunu Azərbaycanın milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov Bakıda işgüzar səfərdə olan NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmonsu qəbul edərkən deyib.
Şimali Alyansla Fərdi Tərəfdaşlıq Əməliyyat Planı müvəffəqiyyətlə həyata keçirilir - Azərbaycanın milli təhlükəsizlik naziri (FOTO)

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir M.Əliyev/

Şimali Alyansla Fərdi Tərəfdaşlıq Əməliyyat Planı müvəffəqiyyətlə həyata keçirilir və ikitərəfli münasibətlər dinamik inkişaf edir. Bunu Azərbaycanın milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov Bakıda işgüzar səfərdə olan NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmonsu qəbul edərkən deyib.

"Şimali Alyansla Fərdi Tərəfdaşlıq Əməliyyat Planı müvəffəqiyyətlə həyata keçirilir və ikitərəfli münasibətlər dinamik inkişaf edir. Bu işdə Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq strukturlarla əlaqələr, ümumən tərəfdaşlıq münasibətlərinin daim inkişaf etdirilməsi, həmçinin NATO ilə əməkdaşlığın daha da intensivləşdirilməsi və Avro-Atlantika məkanına inteqrasiyanın gücləndirilməsi üzrə qəbul etdiyi qərarlar, verdiyi müvafiq göstərişlər mühüm rol oynayır", - Mahmudov deyib. Məlumatı çərşənbə günü Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzi yayıb.

Azərbaycana səfəri çərçivəsində aparılan müzakirələrin nəticələrindən razı qaldığını bildirən Robert Simmons, Azərbaycanın Fərdi Tərəfdaşlıq Əməliyyat Planının icrası, eləcə də təhlükəsizlik məsələləri üzrə Milli Təhlükəsizlik Nazirliyinin gördüyü işlərin mühüm əhəmiyyət kəsb etdiyini və bütün bunlar barədə təmsil olunduğu təşkilatın məlumatlı olduğunu, gələcək əməkdaşlıq üçün imkanların genişləndiyini vurğulayıb.

Səmimi və işgüzar şəraitdə keçən görüşdə Azərbaycanla NATO arasında münasibətlərin ardıcıl inkişafı ilə bağlı digər məsələlər də müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti