Azərbaycan Daxili İşlər Nazirliyində geniş Kollegiya iclası keçirilib

Azərbaycan Daxili İşlər Nazirliyində geniş Kollegiya iclası keçirilib

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

Sentyabrın 24-də Daxili İşlər Nazirliyində "Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı, tanınmamış meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı görülən işlər"in və "Soyğunçuluq və quldurluq cinayətlərinin istintaqı və açılması"nın vəziyyətinə həsr olunmuş geniş Kollegiya iclası keçirilib. Bu barədə cümə günü Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan məsələlərin daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirib və qeyd edib ki, hər iki məsələ insan hüquq və azadlıqlarının təmini, respublikada əməliyyat şəraitinə və cinayətlərin açılmasına təsiri baxımından əhəmiyyətli olmaqla bu istiqamətlərdə fəaliyyət daim nəzarətdədir. Davamlı şəkildə həyata keçirilən tədbirlərlə istintaqdan yayınan təqsirləndirilən şəxslərin tutulub məsuliyyətə cəlb edilməsi, eləcə də soyğunçuluq və quldurluq cinayətləri törətmiş cinayətkar qrup və dəstələrin zərərsizləşdirilməsində müəyyən müsbət nəticələr əldə olunub.

Baş Cinayət-Axtarış İdarəsinin rəis müavini, polis polkovniki Arzu Daşdəmirov bildirib ki, bütövlükdə cari ilin 8 ayında axtarışda olan 1446, o cümlədən MDB və digər xarici ölkələrdə gizlənmiş 68 təqsirləndirilən şəxs tutulub, MDB ölkələrinin hüquq-mühafizə orqanları tərəfindən axtarılan 70 nəfərin, habelə İnterpolun Azərbaycan Respublikasında MMB-si tərəfindən beynəlxalq axtarışda olan 58 nəfərin və İnterpolun üzvü olan ölkələr tərəfindən axtarılan 25 şəxsin yeri müəyyən edilib. Ağır və xüsusilə ağır cinayətlərə görə axtarışa elan edilmiş 877 təqsirləndirilən şəxsdən 192-si yaxalanaraq istintaq və məhkəmə orqanlarına təhvil verilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə axtarılanların ümumi sayı 156 nəfər, axtarışda qalanların sayı 74 nəfər azalıb. Daşdəmirov qeyd edib ki, bu ilin 8 ayı ərzində itkin düşmüş şəxslərin 59,9 faizinin (2009-cu ilin müvafiq dövründə 62,7 faiz) yeri müəyyən olunub, ötən ilin müvafiq dövrü ilə müqayisədə itkin düşənlərin sayı 14,2 faiz azalıb.

Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev gündəlikdəki ikinci məsələ ilə əlaqədar məruzə ilə çıxış edərək cinayətkarlığa qarşı aparılan uğurlu mübarizənin nəticəsi olaraq keçmiş illərlə müqayisədə soyğunçuluq və quldurluqların statistikasında azalmanın müşahidə edildiyini, ötən dövrlərdən bağlı qalmış faktlar da daxil olmaqla, 2009-cu ildə soyğunçuluqların 72,4, quldurluqların isə 87,9 faizinin açılmasının təmin olunduğunu bildirib və qeyd edib ki, bütövlükdə müsbət sayıla bilən bu tendensiya cari ildə də davam edib. Ötən illərdən bağlı qalmış hadisələr də daxil olmaqla, cari ilin birinci yarısında sözügedən cinayətlərin açılması müvafiq olaraq 75,5 və 77,3 faiz təşkil edib. Bundan əlavə, 2009-cu ildə quldurluq və soyğunçuluq faktları ilə bağlı istintaqı tamamlanmış cinayət işləri üzrə hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın 81 faizinin, cari ilin birinci yarısında isə 64 faizinin ödənilməsi təmin edilib, habelə son ilyarımda ölkə ərazisində quldurluq və soyğunçuluq cinayətləri törətmiş 159 cinayətkar qrup və 4 mütəşəkkil dəstə zərərsizləşdirilib, 597 şəxs məhkəmə məsuliyyətinə verilib.

İclasa yekun vuran daxili işlər naziri, general-polkovnik Ramil Usubov gündəlikdəki məsələlər üzrə polis orqanları tərəfindən görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu, lakin bu istiqamətlərdə xidməti fəaliyyətdə müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu qeyd edərək aidiyyəti baş idarə, idarə və ərazi polis orqanlarının rəhbərlərindən onların qısa müddətdə aradan qaldırılmasını tələb edib.

Qarşıdan ölkəmizin ictimai-siyasi həyatında dövlət əhəmiyyətli mühüm tədbirin -növbəti parlament seçkilərinin gəldiyini diqqətə çatdıran cənab Ramil Usubov səsvermə hüququ olan bütün vətəndaşların, xüsusən bu hüquqdan ilk dəfə yararlanacaq 18 yaşı tamam olmuş vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmini işində müsbət nəticələrin əldə olunduğunu, ümumən bu prosesin noyabrın 7-dək başa çatdırılacağına əminliyini ifadə edib.

DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
"Aztelekom" avadanlığın texniki dəstəyi üçün 1,4 milyon manatdan çox vəsait ayıracaq
"Aztelekom" avadanlığın texniki dəstəyi üçün 1,4 milyon manatdan çox vəsait ayıracaq
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu yol şəbəkəsinin tikintisinə 2 milyon manata yaxın vəsait ayıracaq
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu yol şəbəkəsinin tikintisinə 2 milyon manata yaxın vəsait ayıracaq
Loading Bars
Xəbər lenti
Ölkə Prezidentinin tapşırıqlarının icrası ədliyyə orqanlarının diqqət mərkəzindədir
Ermənistan beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir - Leyla Abdullayeva
Cəbrayıl uğrunda döyüşən şəhid - Elvin Məmmədov (FOTO)
Azərbaycanda pandemiya dövründə bu sahədə gəlirlər artıb
Aİİ-nin rektoru Aqil Şirinov “Azərbaycanda dini plüralizmin tarixi” mövzusunda onlayn tədbirdə iştirak edib
Kainatın ən qədim planeti aşkar edilib
İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib
Ermənilər üçün ən optimal yol reallığı qəbul etməkdir - Politoloq
Şuşalılar: Prezidentimizi Şuşada görmək çox qürurvericidir - Trend TV-nin Ağdamdan reportajı
Nazir müavini Hidayət Abdullayev şəhid ailələri ilə görüşdü (FOTO)
Mühasirədə qaldıq, bir yolumuz var idi... – qazi Vüsal Qasımov (FOTO/VİDEO)
Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib
"DOSTTALKS - Vətən Müharibəsi" tədbiri keçirilib (FOTO)
Coca-Cola və ASAN Könüllüləri “Bir sifariş – Bir sevinc” layihəsi çərçivəsində 1500 ailəyə dəstək oldu! Aksiya davam edir (FOTO)
“YAŞAT” Fondu ciddi fiziki travma alan qazilərimizi uğurla əməliyyat etdirib (FOTO)
Astarada meşə zolağında yanğın olub (FOTO)
Sevil Mikayılova: İslam dini abidələrinə qarşı erməni vəhşiliyi dünya birliyi tərəfindən pislənməlidir
Azərbaycan Prezidenti: Cıdır düzündə armudu stəkanda çay, paxlava ilə, dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun! (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Bu gecə cəmi beş saat yatmışam, çünki Şuşaya qayıtmaq təkrarolunmaz bir hissdir
Prezident İlham Əliyev: Otuz il ərzində birinci dəfə Ali Baş Komandan Şuşaya gəlib, sözün düzü, Şuşadan getmək istəmir
ATƏT-in Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi təyin olunub
Azərbaycanın bu Dövlət Komissiyası ləğv edildi
Azərbaycan Minatəmizləmə Agentliyi yaradılıb
“ASAN xidmət”də şəhid və qazi ailələri üçün xüsusi xidmət təşkil edildi
"Tez qərar qəbul etmə xüsusiyyəti PAŞA Bankın güclü tərəfidir"
Monitorinq mərkəzində 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək - Çavuşoğlu
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
“Amnesty International” Ermənistanın beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasını gündəmə gətirməlidir - Vüqar Rəhimzadə
Ceyhun Bayramov finlandiyalı həmkarı ilə telefonla danışıb
Pandemiyadan sonra dünya əvvəlki vəziyyətinə qayıtmayacaq - BMT nümayəndəsi
Bölgələrdə 20 şəhid ailəsinə və əlilliyi olan şəxslərə yeni evlər verildi (FOTO)
UNEC-də konfrans: "Qarabağ iqtisadiyyatının dirçəlişində moda industriyası: real imkanlar və perspektivlər" (FOTO)
Güllələnmiş büstlərin Şuşaya qayıdışı möhkəm siyasi iradənin, mədəni irsimizə dərin ehtiramın təzahürüdür – Deputat
Polşa mediasında Qarabağ münaqişəsinin tarixi aspektlərindən yazılıb
Heç bir abonentə sərfiyyatdan artıq borc yazılmır - “Azəriqaz”
Vaksinasiyadan əvvəl sahə həkiminin yoxlanışından keçmək mütləqdir - İşçi qrupun üzvü
Ata yurduma ayaqyalın qayıtmağa hazıram - Böyük qayıdışı gözləyən məcburi köçkün (VİDEO)
Fizika İnstitutunun vəzifəsindən azad edilən direktoru açıqlama verdi
Niderland hökuməti istefa verir
Ağdam rayonunun Qasımlı kəndi (FOTO/VİDEO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Doğma, sevimli, əvəzolunmaz Şuşa! Tezliklə görüşənədək! (FOTO)
PAŞA Bank Visa kartınızla tibbi xidmətlərə endirim əldə edin!
Azərbaycanda 494 nəfər COVID-19-dan sağalıb, 349 nəfər yoluxub, 12 nəfər vəfat edib
Azercell-in dəstəklədiyi məktəblilərdən 2021-ci ildə ilk uğur
Şuşa səfəri qalibiyyətimizin və milli qürurumuzun növbəti təntənəsidir - Naqif Həmzəyev
“ASK Ayaqqabı Fabriki” MMC 2020-ci il üçün fəaliyyətinin nəticələrini açıqlayıb
Əfqanıstan Azərbaycana haqq işində həmişə dəstək verib - Səfir
Azərbaycanla Əfqanıstan arasında əlaqələrin perspektivləri müzakirə edilib
Bakı limanı Avropanın aparıcı limanı ilə əməkdaşlığa başlayıb
Bakıda bacısını güllələyib öldürən məmur övladının məhkəməsi başlayır
Azərbaycan və Belarus qarşıdakı ikitərəfli səfərlərin qrafikini müzakirə ediblər
Xızıda dayısını güllələyən şəxsin işi məhkəməyə göndərildi
Faktiki hava şəraiti açıqlanıb
Putin Təhlükəsizlik Şurasının iclasında Moskva görüşünü müzakirə edib
İmtahan sessiyası ilə bağlı monitorinqlərin nəticələri təhlil ediləcək - Nazirlik
Pedaqoji təcrübələr necə təşkil olunacaq?
“İnnovasiyalar Mərkəzi” 2020-ci ilin yekunları ilə bağlı hesabat verdi (FOTO)
2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması Azərbaycan mədəni irsinə göstərilən yüksək diqqətin təcəssümüdür - Deputat
Universitetlər tərəfindən onlayn kitabxanaların yaradılması vacibdir - Ekspert
Beynəlxalq maliyyə qurumları ilə koordinasiya görüşü keçirilib (FOTO)
İndoneziyada təbii fəlakətlərlə əlaqədar 15 min nəfər təxliyə edilib
RİİB-in Qarabağ regional bölməsi bundan sonra Şuşa şəhərində fəaliyyət göstərəcək
Distant dərslərdə sui-istifadə hallarına yol verən müəllimlərin qeydiyyatı aparılır
Binəqədidə qanunsuz fəaliyyət göstərən süd və süd məhsullarının istehsalı müəssisəsi aşkarlanıb (FOTO)
Tələbə köçürmələri zamanı bu tələbələrin bəzi imtahan nəticələri nəzərə alınmaya bilər
Prezident İlham Əliyev: Son 17 ildə yetişən gənclər bu torpaqları azad etdilər
Prezident İlham Əliyevdən beynəlxalq təşkilatlara müraciət: Hesabatı burada hazırlayın, öz kabinetlərinizdə yox
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa RİH binası, Natəvan bulağı, Bülbülün ev muzeyi ilə də tanış olublar
Prezident İlham Əliyev: Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək
İmtahanların təşkilində güzəştlərin olması ilə bağlı TƏKLİFLƏR var
Prezident İlham Əliyev: Bu gün Şuşaya gələrkən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini gətirmişəm
Prezident İlham Əliyev: Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq
Prezident İlham Əliyev: 1992-ci ilin mayında AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa işğal altına düşdü
Nyu-Yorkda tanınmış rəssam Aida Mahmudovanın PASTPRESENTFUTURE adlı sərgisi açılıb (FOTO)
Azərbaycanda gələn həftədən Çin istehsalı olan peyvənddən istifadə olunacaq - İbrahim Məmmədov
Prezident İlham Əliyev: Şuşanı Cıdır düzüsüz, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil
Prezident İlham Əliyev: Molla Pənah Vaqifin məqbərəsinin düz 39 il bundan əvvəl açılışı olmuşdur, bu yerdə mən də durmuşdum
Azərbaycan Prezidenti: Dahi şəxsiyyətlərimizin büstlərini əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar
Prezident İlham Əliyev: Məscidləri dağıdanla müsəlman ölkələrinin liderləri necə dost ola bilərlər?
Azərbaycan Prezidenti: Dedim ki, büstləri biz ancaq Şuşanı azad edəndən sonra gətirib öz yerlərində qoyacağıq və öz yerlərində də qoyduq
İranda 83 nəfər koronavirusdan ölüb
Qazaxıstanın yeni baş nazirinin adı açıqlanıb
AİB-in Mərkəzi və Qərbi Asiya regional departamentinə yeni baş direktor təyin olunub
Premium Visa kart sahiblərinə ödənişsiz COVID-19 testi
Prezident İlham Əliyev Şuşa şəhərindəki Saatlı məscidinə “Qurani-Şərif” hədiyyə edib
Azərbaycan Prezidenti: Yaxın zamanlarda biz Şuşanın bərpasını planlı şəkildə təmin edəcəyik
Prezident İlham Əliyev: Bütün təzyiqlərə, bütün telefon zənglərinə, baxmayaraq, dedim ki, sona qədər gedəcəyik
Azərbaycan Prezidenti: Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm
ADU-nun rektoru Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri ilə görüşüb (FOTO)
Prezident İlham Əliyev: Böyük qayıdış başlayır, bütün işlərə start verildi
Ermənistan rəhbərliyi yaranmış reallığı adekvat qiymətləndirə bilmir
Bakı-Sumqayıt qatarı iki gün işləməyəcək
Birinci vitse-prezident Mehriban Əliyeva: Azad olunmuş qədim Şuşa şəhərimizdə olmağımdan çox xoşbəxtəm! (FOTO/VİDEO)
Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlıları birgə təlimlər keçirəcək
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Bakıda keçmiş məhkumun evindən 25 kiloqram heroin aşkarlandı
Sumqayıtda polis narkobaronu 3,5 kiloqram heroinlə yaxaladı
Ötən il "Bibiheybət" gəmi təmiri zavodunda 71 gəmi təmir edilib
Maştağada narkotik alverçisinin evindən beşbarmaq çıxdı
“Qarabağın səsi” ümumdünya xeyriyyə konserti keçirilib
Bütün xəbərlər