...

Özbəkistan dost Azərbaycanı regionda əsas tərəfdaş hesab edir – Prezident İslam Kərimov

Siyasət Materials 27 Sentyabr 2010 19:49 (UTC +04:00)
Özbəkistanda uğurlarına görə özünün tanınmış lideri İlham Əliyevin praqmatik siyasətinə borclu olan və müstəqilliyin, iqtisadi potensialın və beynəlxalq nüfuzun möhkəmləndirilməsi yolunda əminliklə irəliləyən Azərbaycanın nailiyyətlərini yüksək qiymətləndirirlər və səmimi simpatiya ilə yanaşırlar.
Özbəkistan dost Azərbaycanı regionda əsas tərəfdaş hesab edir – Prezident İslam Kərimov

Özbəkistan, Daşkənd, 27 sentyabr /Trend, müxbir D.Əzizov/

Özbəkistanda uğurlarına görə özünün tanınmış lideri İlham Əliyevin praqmatik siyasətinə borclu olan və müstəqilliyin, iqtisadi potensialın və beynəlxalq nüfuzun möhkəmləndirilməsi yolunda əminliklə irəliləyən Azərbaycanın nailiyyətlərini yüksək qiymətləndirirlər və səmimi simpatiya ilə yanaşırlar. Bu barədə bazar ertəsi Daşkənddə brifinqdə Özbəkistan Prezidenti İslam Kərimov deyib.

O, Özbəkistan-Azərbaycan münasibətlərinə məxsus açıq və konstruktiv atmosferdə keçən danışıqların yekunlarından məmnun qaldığını bildirib.

Bazar ertəsi Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana ikigünlük rəsmi səfəri başlayıb. Bu gün tərəflər bir sıra hökümətlərarası sənədlər imzalayıb. Bu sənədlər arasında Azərbaycan və Özbəkistan prezidentləri tərəfindən imzalanmış Birgə Bəyannamə də var.

Özbəkistan Prezidentinin sözlərinə görə, dövlət başçıları ikitərəfli xarakterli məsələləri ətraflı və hərtərəfli müzakirə edib, aktual və regional problemlər üzrə fikir mübadiləsi ediblər.

Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə görə, tərəflər bütün istiqamətlər üzrə münasibətləri inkişaf etdirmək əzmindədirlər. "Bu gün biz konkret nəqliyyat layihələri, iqtisadi əməkdaşlığı ətraflı müzakirə etdik. Biz ümid edirik ki, nəzərdə tutduğumuzu həyata keçirə biləcəyik", - o qeyd edib.

"İqtisadi böhranın çağırışları və həll olunmamış Dağlıq Qarabağ problemi şəraitində mübarizə aparan Azərbaycan davamlı inkişaf və miqyaslı tikintini təmin edir", - Kərimov diqqəti buna yönəldib.

"Məlum faktlar səbəbindən bizim üçün mühüm geostrateji rol oynayan və əhəmiyyət kəsb edən dost Azərbaycana regionda əsas tərəfdaş qismində baxırıq", - Özbəkistan rəhbəri vurğulayıb.

Onun fikirincə, bununla əlaqədar 2011-2015-ci illər üçün imzalanmış iqtisadi əməkdaşlıq haqqında hökümətlərarası saziş tədricən birinci dərəcəli əhəmiyyət kəsb etməyə başlayıb.

Tərəflər ölkələrimizin nəqliyyat-kommunikasiya potensialının imkanlarından daha effektiv və əlverişli istifadəni öyrənməyə razılaşıblar.

Xüsusilə qərara alınıb ki, oktyabrın sonunda Daşkənddə Azərbaycan iqtisadiyyatının nailiyyətlərinin sərgisi, noyabrın sonunda isə Bakıda Özbəkistan iqtisadiyyatının nailiyyətlərinin sərgisi keçiriləcək.

İlham Əliyevin fikrincə, əməkdaşlığın möhkəmləndirilməsində vacib məqam kimi iki ölkə nazirlikləri və idarələri səviyyəsində daha çox müntəzəm və sıx əlaqələr olmalıdır.

İslam Kərimov əminliyini ifadə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin indiki səfəri hər iki ölkə üçün əlamətdar hadisə olacaq.

Xəbər lenti

Xəbər lenti