...

Ermənilərin növbəti təxribatçı hərəkətinin qarşısı alınıb

Siyasət Materials 26 Yanvar 2011 14:26 (UTC +04:00)
Almaniyanın Berlin şəhərində keçirilən "Beynəlxalq Yaşıl Həftə -2011" sərgisinə təqdim olunmuş məhsulların etiketlərində Azərbaycanın ərazi bütövlüyü təhrif olunub.
Ermənilərin növbəti təxribatçı hərəkətinin qarşısı alınıb

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir T.Hacıyev/

Almaniyanın Berlin şəhərində keçirilən "Beynəlxalq Yaşıl Həftə -2011" sərgisinə təqdim olunmuş məhsulların etiketlərində Azərbaycanın ərazi bütövlüyü təhrif olunub. Trend-in Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinə istinadən verdiyi məlumata görə, Ermənistanın stendində nümayiş olunan məhsullar arasında etiketində Qarabağ ərazisinin "Artsax" adı altında Ermənistanın tərkib hissəsi kimi göstərildiyi konyaklar aşkar edilib.

Görülmüş tədbirlər nəticəsində bu məhsulların sərgi iştirakçılarına paylanmasının qarşısı alınıb və konyak şüşələrinin etiketlərinin Qarabağ ərazisinin "Artsax" adı altında Ermənistanın tərkibində göstərilən hissəsinin kəsilərək götürülməsi təmin edilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti