...

Azərbaycanın birinci xanımı ABŞ-ın ölkəmizdəki səfiri ilə görüşüb

Siyasət Materials 4 Mart 2011 18:09 (UTC +04:00)
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva martın 4-də Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Mətyu Brayzə ilə görüşüb
Azərbaycanın birinci xanımı ABŞ-ın ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva martın 4-də Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Mətyu Brayzə ilə görüşüb.

Trend-in məlumatına görə, əvvəlcə xatirə şəkli çəkdirilib, sonra Mehriban xanım Əliyeva ABŞ səfirini Fondda görməkdən şad olduğunu bildirib.

Azərbaycanın birinci xanımı Azərbaycan-ABŞ əlaqələrinin yüksək səviyyədə olduğunu demiş, səfirə ölkələrimizin qarşılıqlı münasibətlərinin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətində uğurlar diləyib.

Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti barədə qonağa məlumat verən Mehriban xanım Əliyeva Fondun müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyəti və tarixinin təbliğinə kömək etdiyini diqqətə çatdırıb.

Mətyu Brayzə Fondun fəaliyyətini yüksək qiymətləndirdiyini, onun xətti ilə həyata keçirilən layihələrin vacibliyini vurğulayıb.

Görüşdə Azərbaycan ilə ABŞ arasında strateji əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunmuşdur.

Xəbər lenti

Xəbər lenti