...

Azərbaycan Prezidenti vətəndaşların həqiqi hərbi xidmətə çağırılması haqqında fərman imzalayıb

Siyasət Materials 9 Mart 2011 22:18 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2011-ci ilin aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Azərbaycan Prezidenti vətəndaşların həqiqi hərbi xidmətə çağırılması haqqında fərman imzalayıb

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2011-ci ilin aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Fərmana əsasən, 1993-cü ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1976-1992-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları 2011-ci ilin aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılır.

"Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar 2011-ci ilin aprelin 1-dən 30-dək ehtiyata buraxılırlar.

Nazirlər Kabinetinə və yerli icra hakimiyyəti orqanları bu Fərmanın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti