...

Azərbaycanın bəzi müxalifət partiyalarının yaratdığı İctimai Palata perspektivsiz qurumdur - Sərdar Cəlaloğlu

Siyasət Materials 28 Mart 2011 14:21 (UTC +04:00)
Azərbaycanın bəzi müxalifət partiyalarının yaratdığı İctimai Palata perspektivsiz qurumdur. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.
Azərbaycanın bəzi müxalifət partiyalarının yaratdığı İctimai Palata perspektivsiz qurumdur - Sərdar Cəlaloğlu

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın bəzi müxalifət partiyalarının yaratdığı İctimai Palata perspektivsiz qurumdur. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

O hesab edir ki, İctimai Palata ideyasının yaranması səbəbləri və bu ideyanın həyata keçirilməsi təcrübəsi arasında kəskin ziddiyyətlər mövcuddur.

"Hesab edirəm ki, əgər ideyanın icrası uyğun şəkildə həyata keçirilsə, indiki dövrdə ən uğurlu ideyalardan biri olar. Çox təəssüf ki, indiyə qədər İctimai Palata ideyası öz mahiyyətinə uyğun formada həyata keçirilmir. Ona görə də mən o qurumu mənasız bir şey hesab edirəm", - Cəlaloğlu əlavə edib.

O qeyd edib ki, İctimai Palatanı təsis edənlər ciddi nöqsanlara yol veriblər.

"İctimai Palatanı elə təşkil ediblər ki, o nə təşkilat, nə hərəkat, nə də başqa anlaşılan bir şeydir" - ADP sədri vurğulayıb.

Azərbaycanda 2010-cu ildə keçirilən parlament seçkilərindən sonra seçkilərin nəticələrindən narazı qalan müstəqil namizədlər və siyasi partiyalar İctimai Palata adlı qurum yaradıblar.

Xəbər lenti

Xəbər lenti