...

Parlamentdə azlıq təşkil edən partiyaların DSK-da təmsilçiliyinə gələn həftə aydınlıq gətirilə bilər

Siyasət Materials 6 Aprel 2011 17:05 (UTC +04:00)
Parlamentdə azlıqda qalan partiyaların dairə seçki komissiyalarında təmsilçiliyi məsələsinə gələn həftə aydınlıq gətirilə bilər.
Parlamentdə azlıq təşkil edən partiyaların DSK-da təmsilçiliyinə gələn həftə aydınlıq gətirilə bilər

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir T.Hacıyev/

Parlamentdə azlıqda qalan partiyaların dairə seçki komissiyalarında təmsilçiliyi məsələsinə gələn həftə aydınlıq gətirilə bilər. Bu barədə çərşənbə günü Trend-ə Mərkəzi Seçki Komissiyasının üzvü Mikayıl Rəhimov məlumat verib.

Onun sözlərinə görə, hazırda parlamentdə azlıqda qalan partiyaların nümayəndələri arasında bu istiqamətdə müzakirələr aparılır.

"Müzakirələr zamanı hansı partiyanın hansı bölgədə öz namizədlərini irəli sürə biləcəyi ilə bağlı fikir mübadiləsi aparılır. Gələn həftə partlamentdə azlıq təşkil edən partiyaların MSK-dakı nümayəndələri arasında daha bir toplantı keçiriləcək və dəqiqləşdirmələr aparılacaq", - Rəhimov əlavə edib.

Onun sözlərinə görə, dairə seçki komissiyalarının tərkibi dəqiqləşdirilən zaman parlamentdə azlıq təşkil edən bütün partiyaların nümayəndələri yer alacaq.

Dairə Seçki Komissiyası 9 nəfərdən ibarət olur və üzvlər MSK tərəfindən təyin olunur.

Xəbər lenti

Xəbər lenti