...

Azərbaycanın müxalifyönlü partiyasının ali məclisinə yeni sədr seçiləcək

Siyasət Materials 6 İyun 2011 14:21 (UTC +04:00)
Azərbaycanın müxalif Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Ali Məclisinə yeni sədr seçiləcək. Bu barədə bazar ertəsi Trend-ə BAXCP-nin mətbuat xidmətinin rəhbəri Elçin Mirzəbəyli məlumat verib.
Azərbaycanın müxalifyönlü partiyasının ali məclisinə yeni sədr seçiləcək

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Ali Məclisinə yeni sədr seçiləcək. Bu barədə bazar ertəsi Trend-ə BAXCP-nin mətbuat xidmətinin rəhbəri Elçin Mirzəbəyli məlumat verib. Onun sözlərinə görə, bundan əvvəlki məclis sədri Mərkəzi Seçki Komissiyasına üzv seçildiyinə görə, partiya sıralarını tərk edib. Ona görə də ötən ildən etibarən məclis sədri postu boş qalıb.

"Ali Məclisin iyunun 11-də keçiriləcək iclasında yeni sədrin seçiləcəyi gözlənilir", - Mirzəbəyli əlavə edib.

BAXCP Ali Məclisinin sabiq sədri Mikayıl Rəhimov olub. 2010-cu ilin oktyabrında Mikayıl Rəhimov MSK üzvü seçilib.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 2004-cü ildə təsis edilib. 2005-ci ildə rəsmi dövlət qeydiyyatından keçib. Bütövçülük, dövlətçilik və demokratiya partiyanın əsas ideologiyasıdır. Siyasi sistemdə mövqeyi sağ-mərkəzçidir. BAXCP hazırda Milli Məclisdə bir nəfər ilə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti