...

ABŞ dövlət katibinin köməkçisinin Azərbaycana səfəri gözlənilir

Siyasət Materials 13 İyun 2011 16:28 (UTC +04:00)
ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisi Tomas Melia iyunun 15-də Azərbaycana gələcək.
ABŞ dövlət katibinin köməkçisinin Azərbaycana səfəri gözlənilir

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir V.Javoronkova/

ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisi Tomas Melia (Thomas O. Melia) iyunun 15-də Azərbaycana gələcək. Bu barədə Trend-ə ABŞ səfirliyindən məlumat verilib.

Səfirliyin məlumatına görə, regiona səfəri çərçivəsində Melia Ermənistanda olub və bu gün Gürcüstana ikigünlük səfərə hazırlaşır.

Xəbər lenti

Xəbər lenti