Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikası Silahlı Qüvvələri Ali Şurasının sədri feldmarşal Məhəmməd Hüseyn Tantavini təbrik edib. Məlumatı cümə günü Prezidentin rəsmi saytı yayıb.
"Misir Ərəb Respublikasının milli bayramı - İnqilab günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Misir arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir", - təbrikdə deyilir.
İlham Əliyev Məhəmməd Hüseyn Tantaviyə ən xoş arzularını yetirib, dost Misir xalqına sülh və firavanlıq diləyib.