...

Rusiya və İran Xəzəryanı ölkələrin kənar təzyiqə məruz qalmamalarının tərəfdarıdır - RF XİN rəhbəri

Siyasət Materials 17 Avqust 2011 17:22 (UTC +04:00)
Rusiya və İran Xəzəryanı ölkələrin kənar təzyiqə məruz qalmamalarının tərəfdarıdır. Bunu bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Əli Əkbər Salehi ilə danışqıların yekunları üzrə deyib.
Rusiya və İran Xəzəryanı ölkələrin kənar təzyiqə məruz qalmamalarının tərəfdarıdır - RF XİN rəhbəri

Azərbaycan, Bakı, 17 avqust /Trend/

Rusiya və İran Xəzəryanı ölkələrin kənar təzyiqə məruz qalmamalarının tərəfdarıdır. Bunu bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Əli Əkbər Salehi ilə danışqıların yekunları üzrə deyib. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS yazır.

"İkitərəfli tərəfdaşlıq Xəzərdə birgə işdə də öz bəhrəsini verir. Rusiya və İran maraqlıdırlar ki, region sabit, çiçəklənən olsun, burada yerləşən ölkələrə kənardan təzyiqlər göstərilməsin, onların seçiminə hörmət edilsin və onlar aralarında çoxplanlı qarşılıqlı fəaliyyəti sərbəst şəkildə qura bilsinlər", - Lavrov bildirib.

Rusiyalı nazir Moskva və Tehranın böyük əməkdaşlıq perspektivləri olduğuna şübhə etmir. "Bizim maraqlarımız Xəzər regionu ilə məhdudlaşmır. Yaxın Şərq və Şimali Afrikanın bir çox dövlətləri ilə yaxşı əlaqələr var", - o qeyd edib.

"Rusiya və İranın baş verən hadisələr barədə fikir mübadiləsi aparması və təəssüf ki, hələ də sakitləşməyən bir sıra münaqişələrin və vəziyyətlərin sülh yolu ilə siyasi-diplomatik nizamlanmasına öz töhfəsini verməyə çalışması heç də əbəs yerə deyil", - Lavrov əlavə edib.

Xəbər lenti

Xəbər lenti