...

Ermənistanla Fransa arasında mədəniyyət və elm sahəsində əməkdaşlıq proqramı imzalanıb

Siyasət Materials 7 Oktyabr 2011 00:25 (UTC +04:00)
Ermənistan və Fransa hökümətləri arasında mədəniyyət, elm və texnika sahəsində əməkdaşlıq proqramı cümə axşamı Yerevanda imzalanıb. Bu barədə Novosti-Armeniya agentliyi Ermənistanın XİN-in mətbuat xidmətinə istinadən məlumat verib.
Ermənistanla Fransa arasında mədəniyyət və elm sahəsində əməkdaşlıq proqramı imzalanıb

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

Ermənistan və Fransa hökümətləri arasında mədəniyyət, elm və texnika sahəsində əməkdaşlıq proqramı cümə axşamı Yerevanda imzalanıb. Bu barədə Novosti-Armeniya agentliyi Ermənistanın XİN-in mətbuat xidmətinə istinadən məlumat verib.

Sənədə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan və Fransa prezidenti Nikola Sarkozinin Ermənistana ikigünlük səfəri çərçivəsində Yerevana gələn Fransanın beynəlxalq əməkdaşlıq naziri Anri de Renkur imza atıblar.

Daha sonra Ermənistan iqtisadiyyat naziri Tiqran Davtyan və Fransa inkişaf agentliyinin baş direktoru Dov Zeran iki qurum arasında qarşılıqlı anlaşma haqqında memorandumu imzalayıblar.

Xəbər lenti

Xəbər lenti