...

İsrailin humanitar yardımı Türkiyəyə çatıb

Siyasət Materials 27 Oktyabr 2011 16:12 (UTC +04:00)
İsrailin humanitar yardım daşıyan yük təyyarəsi cümə axşamı oktyabrın 23-də güclü zəlzələ baş verən Türkiyəyə gəlib.
İsrailin humanitar yardımı Türkiyəyə çatıb

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir A.Tağıyeva/

İsrailin humanitar yardım daşıyan yük təyyarəsi cümə axşamı oktyabrın 23-də güclü zəlzələ baş verən Türkiyəyə gəlib. Bu barədə Trend "Akşam" qəzetinə istinadən məlumat verir.

Ərzaq və dərman preparatları ilə birgə beş quraşdırma ev də Türkiyəyə gətirilib. İsrailin Türkiyədəki səfirliyinin diplomatı Nizar Amer deyib ki, yaxın günlərdə İsraildən humanitar yardım daşıyan daha üç təyyarə gələcək.

Bü gün səhər Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) zəlzələdən zərər çəkmiş Türkiyənin Van vilayətinə növbəti yardım karvanını göndərib.

Bu günədək FHN tərəfindən Türkiyəyə 250 çadır, 700 ədəd səhra yataq dəsti, 3 min ədəd adyal, 2 min ədəd yataq dəsti və 2 səhra mətbəxi göndərilib. Eyni zamanda, 213 xilasedicimiz hazırda Van bölgəsində çalışmaqdadır.

Van vilayətində oktyabrın 23-də 7,2 bal gücündə zəlzələ baş verib.

Türkiyə hökumətinin Fövqəladə Hallar üzrə Departamenti məlumat verib ki, Türkiyənin cənub-şərqindəki Van bölgəsində baş verən zəlzələ nəticəsində ölənlərin sayı cümə axşamı səhərə qədər 523 nəfərdir.

Xəbər lenti

Xəbər lenti