...

Ərəb Dövlətləri Liqası Suriyanı təşkilatdan xaric etmək niyyətindədir

Siyasət Materials 12 Noyabr 2011 17:42 (UTC +04:00)
Ərəb Dövlətləri Liqası Suriya nümayəndə heyətini təşkilatın iclasında iştirak etməkdən kənarlaşdırmağı qərara alıb.
Ərəb Dövlətləri Liqası Suriyanı təşkilatdan xaric etmək niyyətindədir

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Ərəb Dövlətləri Liqası (ƏDL) Suriya nümayəndə heyətini təşkilatın iclasında iştirak etməkdən kənarlaşdırmağı qərara alıb. Bu barədə Trend "Royter" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, şənbə günü ƏDL Suriyanı öz sıralarından kənarlaşdırmaq niyyətindədir.

Suriyada 8 aydır ki, hökumət əleyhinə aksiyalar davam edir. Aksiyalar ilk dəfə mart ayının ortalarında ölkənin cənubundakı Dəra şəhərində başlayıb, sonra regionun digər şəhərlərinə keçib. BMT-nin məlumatına görə, həlak olanların sayı 3,5 min nəfəri ötüb.

İki həftə bundan əvvəl Suriya hökuməti ölkədə səkkiz aydır davam edən qanlı toqquşmaların dayandırılması üçün Ərəb Dövlətləri Liqasının təqdim etdiyi planı qəbul edib. Plana əsasən, tez bir zamanda ölkədəki qanlı toqquşmalara son qoyulmalı, baş verən kütləvi iğtişaşlar zamanı həbs edilən müxalifətçilər sərbəst buraxılmalı, ordu şəhərlərdən geri çəkilməli və Liqanın Suriyada baş verən hadisələri araşdırması üçün şərait yaradılmalıdır.

Xəbər lenti

Xəbər lenti