...

Rusiya xarici işlər nazirinin Azərbaycana səfərinin proqramı açıqlanıb

Siyasət Materials 27 Mart 2012 16:40 (UTC +04:00)
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Artur Rasizadə, həmçinin xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.
Rusiya xarici işlər nazirinin Azərbaycana səfərinin proqramı açıqlanıb

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir E.Tariverdiyeva/

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Artur Rasizadə, həmçinin xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək. Trend-in "Rossiya 24" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

Lukaşeviçin sözlərinə görə, nazirin səfəri Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr edilib.

"20 il ərzində xalqlarımız arasında münasibətlərin mehriban qonşuluq və dostluq ruhunda möhkəmləndirilməsinə yönəldilmiş əməkdaşlığın yüksək səviyyəsi əldə edilib. Biz Azərbaycanı regionda strateji tərəfdaş hesab edirik", - Lukaşeviç qeyd edib.

Onun sözlərinə görə, nazirin cari səfəri Azərbaycan və Rusiya münasibətlərinin möhkəmləndirilməsi ilə bağlı dialoqun davamı kimi nəzərdən keçirilir.

XİN nümayəndəsi deyib ki, ötən il ölkələr arasında mal dövriyyəsi 2,5 milyard dolları ötüb və təbii ki, potensial daha böyükdür.

Lukaşeviç iki ölkənin humanitar sahədə maraqlı qarşılıqlı fəaliyyət formasının olduğunu qeyd edib.

"Məmmədyarovla görüş zamanı ikitərəfli münasibətlərin bütün spektrləri, regional problemlər və Dağlıq Qarabağ münaqişəsi intensiv müzakirə ediləcək", - Lukaşeviç bildirib.

Sergey Lavrov aprelin 2-4-də Azərbaycana səfər edəcək.

Xəbər lenti

Xəbər lenti