...

Ermənistanda deputatlığa namizəd vəhşicəsinə döyülüb

Siyasət Materials 10 Aprel 2012 17:49 (UTC +04:00)
Ermənistanda deputatlığa müstəqil namizədliyini irəli sürmüş, lakin bir neçə gün əvvəl yarışdan geri çəkilmiş Merujan Mhoyan beyin silkələnməsi alıb.
Ermənistanda deputatlığa namizəd vəhşicəsinə döyülüb

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Ermənistanda deputatlığa müstəqil namizədliyini irəli sürmüş, lakin bir neçə gün əvvəl yarışdan geri çəkilmiş Merujan Mhoyan beyin silkələnməsi alıb.

Trend Ermənistan KİV-ə istinadən məlumat verir ki, bu barədə "Azadlıq" radiosunun Ermənistan bürosuna "Armavir" tibb mərkəzindən bildiriblər. Qurumun tibbi sənədlərində bildirilir ki, Merujan Mhoyan və qohumu Muşeq Mhoyan bir neçə gün əvvəl müxtəlif zədələrlə xəstəxanaya gətiriliblər. Deputatlığa namizədin həyat yoldaşı və ailə üzvləri bildirir ki, hər iki şəxsin zədə almasına döyülmələri səbəb olub. Mhoyanlar ötən həftənin cümə günü səhər saatlarında əvvəlcə evlərinin qarşısında, daha sonra Sardarapad kəndindəki qəbiristanlığın yaxınlığında döyülüblər.

Faktla bağlı cinayət işi qaldırılıb. "Armavir" tibb mərkəzinin jurnalında Merujan Mhoyan ilə bağlı beyin silkələnməsi, sol göz qapağının gemotamsı, çanaq nahiyəsinin zədəsi, Muşeq Mhoyanla bağlı isə döş qəfəsi nayihəsində, alt dodaqda, boyunun ardında və burunda zədə diaqnozları yazılsa da, onların heç biri açılmış cinayət işində zərərçəkən kimi qeyd olunmur. Polisin zərərçəkmiş şəxslər kimi qeyd etdiyi iki gənc isə deputatlığa namizəd və onun qohumunu döyənlərdir.

Merjun Mhoyanın hadisənin şahidləri olmuş həyat yoldaşı və qardaşı bildirir ki, Mhoyan təzyiqlərlə üzləşdiyi üçün namizədliyini geri götürüb. Onların döyülməsində məqsəd də namizədin bu addımı atmasına nail olmaq imiş. Məsələ ondadır ki, Mhoyan eyni dairədən namizəd göstərilmiş hakim Respublika Partiyasının üzvü Aleksan Petrosyana mane olurmuş.
Mhoyan namizədliyini döyüldüyü gündən bir gün sonra geri götürüb.

"Bizə deyirdilər ki, namizədlikdən imtina etməsəniz uşaqlarınıza zərər vuracağıq. Yəni ən zəif nöqtədən vururlar. Atanın övladlarının xətrinə nələrə getməyə hazır olduğu məlumdur. O, namizədliyini məhz bu üzdən geri götürdü", - Mhoyanın xanımı bildirib.

Hakim partiyanın namizədi Aleksan Petrosyanın seçki qərargahı isə qarşı tərəfin iddialarını rədd edir, bu insidentə heç bir aidiyyətlərinin olmadığını bildirir.

Mhoyanın ailə üzvlərinin sözlərinə görə, insidentin səhərisi ATƏT-dən olan müşahidə missiyasının üzvləri onların evinə gəlib, hadisənin detalları, Mhoyanın namizədliyini geri götürməsinin səbəbləri ilə maraqlanıblar: "Biz hər şeyi onlara danışdıq".

Mhoyanın namizəd olduğu dairə seçki komissiyasının sədri Sukiasyan müşahidə missiyası üzvlərinin komissiyaya da baş çəkdiklərini söyləyib: "Sadəcə Mhoyanın namizədliyini geri götürməsi ilə bağlı bəzi suallar verdilər. Vəssalam".

Xəbər lenti

Xəbər lenti