Azərbaycan, Bakı, 29 may /Trend, müxbir S.Ağayeva/
Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfər edəcək. Macarıstan hökumətinin başçısı 30 iyun-2 iyul tarixlərində Bakıda keçiriləcək "Krans Montana" forumunda iştirak edəcək. Bu barədə Trend-ə çərşənbə axşamı diplomatik mənbə bildirib.
Qeyd edək ki, "Krans Montana" forumu 1989-cu ildən keçirilir və nüfuzlu işgüzar klubdur. Forumda qlobal və regional xarakterli aktual siyasi və sosial-iqtisadi problemlər sərbəst və qeyri-formal şəkildə müzakirə edilir.
Bakıya səfər çərçivəsində Macarıstanın Baş naziri Azərbaycan hökumətində ikitərəfli əməkdaşlığın perspektivlərinin müzakirə ediləcəyi görüşlər də keçirəcək.