...

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət I Xuan Karlosa təbrik məktubu ünvanlayıb

Siyasət Materials 11 Oktyabr 2012 18:49 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət I Xuan Karlosa təbrik məktubu ünvanlayıb.
Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət I Xuan Karlosa təbrik məktubu ünvanlayıb

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət I Xuan Karlosa təbrik məktubu ünvanlayıb.

"İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, birgə səylərimizlə dostluq və əməkdaşlıq əlaqələrimizin ikitərəfli və çoxtərəfli çərçivədə ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq daha da genişlənməsinə və inkişaf etməsinə nail ola bilərik. Əlahəzrət, belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İspaniya xalqına sülh və firavanlıq arzulayıram", - məktubda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti