Azərbaycan, Bakı, 29 oktyabr /Trend/
Oktyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Abdullah Gülə telefonla zəng edib.
Dövlətimizin başçısı Abdullah Gülü ad günü və Türkiyənin milli bayramı - Respublika Günü münasibətilə təbrik etmiş, ona Prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı, qardaş Türkiyə xalqına firavanlıq arzulayıb.
Abdullah Gül göstərilən diqqətə və təbriklərə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Abdullah Gül ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq əlaqələrimizin bundan sonra da daim möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.