...

Türkiyə yerli tapança istehsalına başlayacaq

Siyasət Materials 11 Dekabr 2012 18:09 (UTC +04:00)
Türkiyə beynəlxalq standartlara cavab verən yerli tapança istehsalına başlamaq niyyətindədir.
Türkiyə yerli tapança istehsalına başlayacaq

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə beynəlxalq standartlara cavab verən yerli tapança istehsalına başlamaq niyyətindədir. Trend-in çərşənbə axşamı "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi yanında Müdafiə Sənayesinin katibi Murad Bayar deyib.

Onun sözlərinə görə, yerli tapança istehsalı Türkiyənin müdafiə sənayesi məhsullarının istehsalı və ixracının artırılması üzrə layihəsinə daxildir. Türkiyə layihəni 2023-cü ilədək həyata keçirmək niyyətindədir.

Bayar qeyd edib ki, Türkiyə tapançanın seriya istehsalına 1-2 il ərzində başlayacaq.

Tapançaların istehsalı Türkiyə Ordusunun yerli silah, avadanlıq və təchizatla təmin edilməsi üzrə dövlət proqramının tərkib hissəsidir. Hazırda Türkiyə bu sahədə özünü təminetmə səviyyəsini 50 faizə çatdıra bilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti