...

Rusiya prezidenti İordaniya kralı ilə iqtisadiyyat, təhsil və Yaxın Şərq məsələlərini müzakirə edəcək

Siyasət Materials 19 Fevral 2013 01:03 (UTC +04:00)
Rusiya prezidenti Vladimir Putin və İordaniya kralı II Abdalla ticarət və iqtisadiyyat sahəsində əməkdaşlığın genişləndirilməsi, təhsil sektorunda qarşılıqlı fəaliyyəti və Suriyadaki vəziyyəti müzakirə edəcək.
Rusiya prezidenti İordaniya kralı ilə iqtisadiyyat, təhsil və Yaxın Şərq məsələlərini müzakirə edəcək

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Rusiya prezidenti Vladimir Putin və İordaniya kralı II Abdalla ticarət və iqtisadiyyat sahəsində əməkdaşlığın genişləndirilməsi, təhsil sektorunda qarşılıqlı fəaliyyəti və Suriyadaki vəziyyəti müzakirə edəcək. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, danışıqlar zamanı ikitərəfli münasibətlərə dair geniş kompleks məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq.

Məlumatda bildirilir ki, danışıqların mərkəzində ticari-iqtisadi əlaqələrin daha da genişləndirilməsi olacaq.

Bundan başqa, dövlət başçıları birgə irimiqyaslı layihələrin reallaşdırılması perspektivləri haqqında da müzakirələr aparacaq.

Putin və II Abdalla, həmçinin, beynəlxalq məsələlərə, eyni zamanda, Suriyadakı və Yaxın Şərqdəki vəziyyətə dair fikir mübadiləsi edəcək.

Xəbər lenti

Xəbər lenti