...

Baş ravvin: Yəhudi millətinin nümayəndələri azərbaycanlılarla bərabər hüquqlara malikdirlər

Siyasət Materials 11 Mart 2013 14:06 (UTC +04:00)
Azərbaycanda yaşayan yəhudi millətinin bütün nümayəndələri azərbaycanlılarla bərabər hüquqlara malikdirlər. Bu hüquqlar ölkə hakimiyyəti tərəfindən qorunur. Bu barədə Trend-ə açıqlamasında Avropa yəhudiləri icmasının baş ravvini Şneor Seqal bildirib.
Baş ravvin: Yəhudi millətinin nümayəndələri azərbaycanlılarla bərabər hüquqlara malikdirlər

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir S.Ağayeva/

Azərbaycanda yaşayan yəhudi millətinin bütün nümayəndələri azərbaycanlılarla bərabər hüquqlara malikdirlər. Bu hüquqlar ölkə hakimiyyəti tərəfindən qorunur. Bu barədə Trend-ə açıqlamasında Avropa yəhudiləri icmasının baş ravvini Şneor Seqal bildirib.

Onun sözlərinə görə, dünyada bütün millətlərin Azərbaycandakı kimi azad və sülh şəratində yaşadığı başqa bir ölkə yoxdur.

"Biz həqiqətən də yaxşı yaşayırıq. Mən İsrail vətəndaşıyam. Üç ilə yaxındır ki, Azərbaycanda yaşayıram və hər yerdə özümü rahat hiss edirəm. Ölkədə yəhudilərə münasibət çox yaxşıdır", - Seqal bildirib.

"Başqa müsəlman ölkələrində olan ravvinlərlə görüşüm zamanı onlar mənə problemlərindən danışanda həmişə təəccüblənirəm. Onların əksəriyyəti bu ölkələrdə qorxu ilə yaşayır, hətta paltarlarını da dəyişirlər. Amma mən küçədə sinaqoqda olduğu kimi - dini paltarda gəzirəm", - ravvin qeyd edib.

Onun sözlərinə görə, hökumət icmanın işlərinə həmişə diqqətlə yanaşır.

"Hər il bayramlar vaxtı Azərbaycan hökuməti bütün gömrük rüsumlarından azad etməklə, bizə icma üçün ölkəyə matsa və digər məhsulların gətirilməsində yardım edir", - Seqal bildirib.

Baş ravvinin sözlərinə görə, o, Azərbaycandan köçmə yəhudilərlə söhbəti zamanı dəfələrlə əmin olub ki, onların əksəriyyəti geri qayıtmaq istəyir.

"Hər dəfə mən onlarla söhbət edəndə və onlar biləndə ki mən Bakıdanam, həmin insanların gözləri gülür. Və mənim "əgər sizin Bakıya qayıtmaq imkanınız olsaydı, qayıdardınızmı" sualıma " böyük məmnuniyyətlə qayıdardıq" deyə cavab verirlər. Hətta bir neçə ailə Bakıya qayıdıb. Bu elə ölkədəki tolerantlığın göstəricisidir", - Seqal bildirib.

Xəbər lenti

Xəbər lenti