...

Azərbaycan səfiri Tacikistan Ali Məhkəməsinin sədri ilə görüşüb

Siyasət Materials 11 Mart 2013 19:59 (UTC +04:00)
Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənovla bu ölkənin Ali Məhkəməsinin sədri Nusratullo Abdulloyev arasında rəsmi görüş keçirilib.
Azərbaycan səfiri Tacikistan Ali Məhkəməsinin sədri ilə görüşüb

Azərbaycan, Bakı, 11 mart /Trend/

Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənovla bu ölkənin Ali Məhkəməsinin sədri Nusratullo Abdulloyev arasında rəsmi görüş keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycanla Tacikistan arasında məhkəmə fəaliyyəti və iki ölkənin müvafiq qurumları arasında münasibətlərin dərinləşdirilməsi sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

Səfir A.Həsənov iki dövlətin məhkəmə orqanları arasında təcrübə mübadiləsinin və əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyinin qeyd edib.

Tacikistan Prezidentinin ötən il Azərbaycana rəsmi səfərinin əhəmiyyətini vurğulayan səfir qeyd edib ki, bu səfər zamanı bir çox məsələlər öz həllini tapıb.

Azərbaycan müstəqillik əldə etdikdən sonra digər sahələrdə olduğu kimi məhkəmə sahəsində də işin yüksək səviyyəyə qaldırılması üçün islahatlar həyata keçirilib.

Abdulloyev qeyd edib ki, Tacikistanda da əlbəttə bu illər ərzində qarşılıqlı mübadilə üçün az təcrübə toplanmayıb.

Ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişafını və dərinləşməsini, münasibətlərin inkişaf etdirilməsini, eləcə də iki ölkənin ali məhkəmələri arasında təcrübə mübadiləsi aparılmasının vacibliyini nəzərə alaraq, səfir A.Həsənov N.Abdulloyevə onun üçün uyğun bir vaxtda Azərbaycana səfər etməsi ilə bağlı Azərbaycan tərəfinin arzusunu çatdırıb.

Ali Məhkəmənin sədri N.Abdulloyev iki qardaş və dost ölkələr arasında ikitərəfli münasibətlərin inkişaf sürətindən razılığını bildirib, Tacikistanda hüquq yaradıcılığı sahəsində əldə olunan nailiyyətlərdən danışıb, Ali Məhkəmə orqanları arasında münasibətlərin genişləndirilməsi və bunun hərtərəfli əməkdaşlığa göstərə biləcəyi təsirlə bağlı mühüm məqamlara toxunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti