...

Koreyanın hakim partiyası: İlham Əliyevin yenidən prezident seçilməsi Azərbaycanın daha da inkişafına töhfə verəcək

Siyasət Materials 24 İyun 2013 11:22 (UTC +04:00)
Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Azərbaycanda səfərdə olan Koreya Respublikasının hakim Senuri Partiyası ilə görüş keçirilib.
Koreyanın hakim partiyası: İlham Əliyevin yenidən prezident seçilməsi Azərbaycanın daha da inkişafına töhfə verəcək

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir E.Mehdiyev/

Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Azərbaycanda səfərdə olan Koreya Respublikasının hakim Senuri Partiyası ilə görüş keçirilib.

Trend-in mələumatına görə, görüşü giriş sözü ilə açan YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov qonaqları salamlayaraq qeyd edib ki, bu səfər iki partiya arasında əməkdaşlığın daha da genişlənməsinə böyük töhfə verəcək.

İki partiya arasında anlaşma memorandumunun imzalandığını qeyd edən Əhmədov bidirib ki, bu memorandum çərçivəsində ikitərəfli əməkdaşlıq davam və inkişaf edir: "İki partiya arasında əməkdaşlıq iki ölkə arasında da əməkdaşlığa öz töhfəsini verir. Dövlətlərimiz arasında dostluq bu əməkdaşlığın daha da möhkəmlənəsinə zəmin yaradır".

Daha sonra çıxış edən Koreya hakim partiyasının nümayəndəsi, Koreya Milli Assambleyasının üzvü Yu Ki Cun səmimi qarşılanmaya görə təşəkkürünü bidirərək qeyd edib ki, iki partiya arasında əlaqələr bundan sonra da inkişaf edəcək. Qonaq partiya rəhbərliyinin təşəkkürünü çatdıraraq bu əməkdaşlıqdan məmnun olduğunu diqqətə çatdırır.

YAP-ın V Qurultayında İlham Əliyevin namizədliyinin irəli sürülməsini xatırladan qonaq təmsil etdiyi partiyanın bu namizədliyi səmimi qarşıladığını diqqətə çatdırıb: "İlham Əliyevin yenidən prezident seçilməsi Azərbaycanın daha da inkişafına töhfə verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti