...

İlham Əliyev Rumıniyanın Baş nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 27 İyun 2013 14:39 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Rumıniyanın Baş naziri Viktor Pontanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
İlham Əliyev Rumıniyanın Baş nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Rumıniyanın Baş naziri Viktor Pontanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycan ilə Rumıniya arasında fəal əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluğunu ifadə etdi. Ölkələrimiz arasında güclü ikitərəfli münasibətlərin mövcud olduğunu vurğulayan Prezident İlham Əliyev özəl sektorda yaxşı əməkdaşlığın yaradılması, həmçinin iqtisadi, investisiya qoyuluşu və digər sahələrdə əlaqələrin genişləndirilməsi ilə bağlı imkanların müəyyənləşdirilməsinin önəmini qeyd etdi. Dövlətimizin başçısı Rumıniyanın Baş naziri Viktor Pontanın Azərbaycana səfərinin uğurla inkişaf edən əlaqələrimizin daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirdi.

Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan Rumıniyanın Baş naziri Viktor Ponta ölkəsinin Avropa İttifaqında Azərbaycanın ən yaxın dostlarından biri olaraq qalmaqda davam edəcəyini qeyd etdi. Azərbaycan Prezidentinin Rumıniyaya, Rumıniya Prezidentinin isə Azərbaycana səfərlərini məmnunluqla xatırlayan Baş nazir ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsində siyasi əlaqələrlə yanaşı, iqtisadi əlaqələrin də əhəmiyyətini qeyd etdi.

Görüşdə birgə layihələrin həyata keçirilməsi, enerji sahəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti