Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir R.Hafizoğlu/
Misirdə baş vermiş çevriliş gələcəkdə xalqın özünə ziyan verəcək. Trend-in cümə günü "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Onun sözlərinə görə, dünyada demokratik çevrilişlər olmur. Baş nazir əlavə edib ki, Türkiyə Misir üçün nümunə ola bilər.
Ərdoğan qeyd edib ki, hazırda Misirdə cərəyan edən hadisələr əvvəllər Türkiyədə baş verib: "Misir ordusu Türkiyə tarixini öyrənməli və Türkiyədəki çevrilişlərin nəticələrini diqqətə almalıdır".