Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanda prezident seçkilərini müşahidə etmək məqsədilə artıq 44 yerli müşahidəçi Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.
MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev Trend-ə bildirib ki, müraciət edən müşahidəçilərin hamısı qeydə alınıb və onlara vəsiqələr veriləcək.
Qeyd edək ki, MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.