...

Rusiyanın Mərkəzi Seçki Komissiyası Azərbaycana müşahidə missiyasını göndərəcək

Siyasət Materials 29 Avqust 2013 10:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 avqust /Trend/

Rusiyanın Mərkəzi Seçki Komissiyası oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı müşahidə missiyasını göndərəcək. Trend-in Rusiyanın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya MSK-nın katibi Nikolay Konkin bildirib.

N.Konkin deyib ki, müşahidə missiyasına 2 heyət daxil olacaq, bunlardan biri MSK üzvləri, digəri isə dairə seçki komissiyalarının rəhbərlərindən ibarət olacaq,

Qeyd edək ki, MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti