...

Ermənistan XİN-in məmurları izahat üçün parlamentə çağırılacaq

Siyasət Materials 5 Sentyabr 2013 18:00 (UTC +04:00)
Nair Zoqrabyanın rəhbərliyi altında Ermənistan Milli Yığıncağının Avropaya inteqrasiya məsələləri üzrə daimi komissiyası Assosiativ Müqavilə və Ermənistanın Gömrük İttifaqına daxil olması prosesləri ilə bağlı məlumat vermək üçün Xarici İşlər Nazirliyinin (XİN) cavabdeh şəxslərinin komissiyaya dəvət edilməsi məsələsini müzakirə edib.
Ermənistan XİN-in məmurları izahat üçün parlamentə çağırılacaq

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Nair Zoqrabyanın rəhbərliyi altında Ermənistan Milli Yığıncağının Avropaya inteqrasiya məsələləri üzrə daimi komissiyası Assosiativ Müqavilə və Ermənistanın Gömrük İttifaqına daxil olması prosesləri ilə bağlı məlumat vermək üçün Xarici İşlər Nazirliyinin (XİN) cavabdeh şəxslərinin komissiyaya dəvət edilməsi məsələsini müzakirə edib.

Trend Ermənistan KİV-ə istinadən məlumat verir ki, müzakirələr nəticəsində komissiya qeyd edilən iki proses haqqında deputatlara məlumat vermək üçün XİN-in vəzifəli şəxslərini parlamentə dəvət etmək qərarına gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti