Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir R.Hafizoğlu/
Suriyanın ölkədəki muzdlu döyüşçülərin sayı barədə dəqiq məlumatı yoxdur. Trend-in məlumatına görə, bu barədə cümə günü Suriya Prezidenti Bəşşar Əsəd Türkiyənin "Halk TV" telekanalına müsahibəsində deyib.
Prezidentin sözlərinə görə, əcnəbu muzdlular qonşu ölkələr vasitəsilə Suriyaya daxil olurlar: "Suriyadakı muzdluların sayı təqribən 10 min nəfərdən çoxdur".
B.Əsəd bildirib ki, Suriyadakı ekstremist və radikal qruplaşmaların İslamla heç bir əlaqəsi yoxdur: "Suriya xalqı terrorçuların təxribatlarına uymur".
Türkiyə ərazisində olan suriyalı qaçqınlara gəlincə, Prezident qeyd edib ki, hökumət onları ölkəyə qaytarmaq üçün dəfələrlə cəhd göstərib.