...

MSK bütün məntəqələr üzrə ilkin nəticələri açıqlayıb: İlham Əliyev 84,55 faiz səslə qalib gəlib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 10 Oktyabr 2013 15:22 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyası 125 seçki dairəsinin 5492 məntəqəsi üzrə ilkin nəticələri açıqlayıb.
MSK bütün məntəqələr üzrə ilkin nəticələri açıqlayıb: İlham Əliyev 84,55 faiz səslə qalib gəlib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 10 oktyabr / Trend, müxbir M.Əliyev/

Azərbaycan Mərkəzi Seçki Komissiyası 125 seçki dairəsinin 5492 məntəqəsi üzrə ilkin nəticələri açıqlayıb.

MSK-dan Trend-ə daxil olan məlumata görə, bütün məntəqələr üzrə protokollar hesablanıb və bu hesablamalara görə, hazırki dövlət başçısı, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 84,55 faiz (3 126 612 seçici) səs toplayaraq böyük üstünlüklə qalib gəlib.

Digər namizədlərin səsləri isə belədir:

Cəmil Həsənli - 5,53% (204 635 səs)
İqbal Ağazadə - 2,40% (88 667 səs)
Qüdrət Həsənquliyev - 1,99% (73 586 səs)
Zahid Oruc - 1,45% (53717 səs)
İlyas İsmayılov - 1,07% (39641 səss)
Araz Əlizadə - 0,87% (32 065səs)
Fərəc Quliyev - 0,86% (31 774 səs)
Hafiz Hacıyev - 0,66% (24 459 səs)
Sərdar Məmmədov - 0,61% (22 728 səs)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti