...

Olland: Suriyalı qaçqınların Avropaya gəlməməsi üçün qonşu ölkələrə yardım etmək lazımdır

Siyasət Materials 26 Oktyabr 2013 04:21 (UTC +04:00)
Suriyanın qonşularına yardım etmək lazımdır ki, qaçqınlar düşərgələri tərk edib Avropaya gəlməyə cəhd etməsinlər.
Olland: Suriyalı qaçqınların Avropaya gəlməməsi üçün qonşu ölkələrə yardım etmək lazımdır

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

Suriyanın qonşularına yardım etmək lazımdır ki, qaçqınlar düşərgələri tərk edib Avropaya gəlməyə cəhd etməsinlər. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Fransa Prezidenti Fransua Olland deyib.

Avropa İttifaqının sammitindən sonra F.Olland bildirib: "Suriyalı qaçqınların hazırda olduqları düşərgələri tərk edib Avropaya gəlməyə cəhd etmələri kimi vəziyyətlə qarşı-qarşıya qalmamaq üçün Suriyaya qonşu olan Livan, İordaniya və Türkiyəyə yardım etmək lazımdır".

Suriyalı qaçqınları qəbul etmək üçün Livan, İordaniya və Türkiyəyə bugünkündən daha çox imkan verilməsinin vacibliyini qeyd edən Fransa Prezidenti Aralıq dənizindən Avropaya köç axınında isə Liviyanın "fövqəladə vəziyyət"inə diqqət çəkib.

Xəbər lenti

Xəbər lenti