...

Azərbaycan Prezidentinin ünvanına təbrik məktubları gəlməkdə davam edir

Siyasət Materials 1 Noyabr 2013 18:40 (UTC +04:00)
Makedoniya Prezidenti George İvanov Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.
Azərbaycan Prezidentinin ünvanına təbrik məktubları gəlməkdə davam edir

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Makedoniya Prezidenti George İvanov Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.

Təbrik məktubunda deyilir: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Makedoniya Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ali dövləti vəzifənizdə ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, qarşıdakı illərdə əlaqələrimiz dostluq və əməkdaşlıq ruhunda davam edəcəkdir.

Cənab Prezident, yaxın gələcəkdə Sizinlə bir daha görüşmək ümidi ilə ən yüksək ehtiramımı Zati-alinizə çatdırıram".

XXX

Rumıniyanın keçmiş Prezidenti İon İlieskudan:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Seçkilərin nəticələri ölkənizin inkişafına və vətəndaşlarınızın rifahının yüksəlməsinə yönəlmiş siyasətinizin xalq tərəfindən dəstəklənməsinin təsdiqidir.

Məni Azərbaycanla xüsusi tellər bağlayır və mən Sizin atanızla dostluğumdan dərin məmnunluq duyurdum. Biz birlikdə ölkələrimiz arasında davamlı əlaqələr qurmuşuq. Şadam ki, qarşılıqlı fayda naminə bu əlaqələr artmış və inkişaf etmişdir. Bakıya sonuncu səfərim zamanı bütün sahələrdə müşahidə etdiyim inkişaf məndə xoş təəssürat oyatdı.

Cənab Prezident, Azərbaycan xalqının mənafeyi naminə fəaliyyətinizdə Sizə uğurlar arzulayıram".

XXX

Tunis Respublikasının Prezidenti Mohamed Monsef Marzukidən:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi və ali dövləti vəzifənizdə uğurlar arzularımı çatdırmaqdan şərəf duyuram.

Əminəm ki, Sizinlə birlikdə dost ölkələrimiz arasında olan ikitərəfli əlaqələri xalqlarımızın rifahı naminə bundan sonra daha da gücləndirmək uğrunda səylərimizi davam etdirəcəyik.

Sizi bir daha təbrik edir, möhkəm cansağlığı diləyirəm. Zati-aliləri, ən yüksək ehtiramlarımı Sizə çatdırıram".

XXX

Boliviya Çoxmillətli Dövlətinin Prezidenti Evo Morales Aymadan:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Boliviya Çoxmillətli Dövlətinin Hökuməti və xalqı adından Sizə ən xoş arzularımı və səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Cənab Prezident, bu seçkilərlə ölkənizin qədəm qoyduğu yeni mərhələdə Sizə uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan xalqının demokratik seçkilər vasitəsilə verdiyi qərar ölkə həyatının yeni dönəmində vətəndaşlarınızın firavanlığı naminə həyata keçirdiyiniz kursu davam etdirməkdə Sizə dəstək olacaqdır.

Ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə olan iradəmi bir daha təsdiq edir və Sizə ən dərin hörmət və ehtiramımı bildirirəm".

XXX

Boliviya Çoxmillətli Dövlətinin Prezidenti Evo Morales Aymadan:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Boliviya Çoxmillətli Dövlətinin Hökuməti və xalqı adından Sizə ən xoş arzularımı və səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Cənab Prezident, bu seçkilərlə ölkənizin qədəm qoyduğu yeni mərhələdə Sizə uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan xalqının demokratik seçkilər vasitəsilə verdiyi qərar ölkə həyatının yeni dönəmində vətəndaşlarınızın firavanlığı naminə həyata keçirdiyiniz kursu davam etdirməkdə Sizə dəstək olacaqdır.

Ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə olan iradəmi bir daha təsdiq edir və Sizə ən dərin hörmət və ehtiramımı bildirirəm".

XXX

ABŞ-ın Tennesi ştatı Nümayəndələr Palatasının üzvü Antonio Parkinsondan:

"İcazə verin, yenidən Prezident seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırım. Azərbaycan Sizin rəhbərliyinizlə sivil vətəndaş cəmiyyəti quruculuğu istiqamətində cəsarətli addımlar atmışdır.

Terrorizmə qarşı mübarizədə və tolerant bir dünyanın qurulmasında ölkələrimiz arasında ümumi maraqlara söykənən tərəfdaşlıqdan qürur duyuram. Eyni zamanda, ABŞ-ın Əfqanıstan, İraq və Kosovoda həyata keçirdiyi sülhməramlı əməliyyatlara Azərbaycanın fəal dəstəyi ilə fəxr edirəm. Bundan əlavə Azərbaycan enerji təhlükəsizliyi sahəsində liderlik etməklə də bizə dəstək vermişdir. Trans-Adriatik boru kəməri layihəsi və "Cənub" qaz dəhlizi barədə bu yaxınlarda verilmiş qərar ölkələrimizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində birgə səylərinin nəticəsidir. ABŞ və bütün avropalı müttəfiqlərimiz Xəzər qazının Avropa bazarlarına çıxarılmasında ölkənizin oynadığı rolu yüksək qiymətləndirirlər.

Cənab Prezident, Sizə ali dövləti vəzifənizdə uğurlar diləyir, dost ölkənizin xalqına ən xoş arzularımı çatdırıram".

XXX

ABŞ-ın Tennesi ştatı Nümayəndələr Palatasının üzvü G.A.Hardaveydən:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ABŞ-ın Tennesi ştatının Nümayəndələr Palatası adından səmimi qəlbdən təbrik edirəm. ABŞ Azərbaycanın etnik və mədəni müxtəlifliyinin bütün aspektlərini ehtiva edən demokratik cəmiyyətə sadiqliyini yüksək qiymətləndirir.

Tennesi ştatı ölkələrimizin mövcud tərəfdaşlıq əlaqələrinin genişlənməsinin bizim ştatla Azərbaycan arasında şəhərlərin qardaşlaşması ilə davam etdirilməsində maraqlıdır. Bu ilin mayında Türkiyə-Amerika Ticarət Palatasının icraçı direktoru Alp Leventin dəvəti ilə mənim Tennesi Baş assambleyasındakı həmkarlarımın da iştirak etdiyi xoşməramlı və ticarət fakt araşdırıcı missiyamızın səfəri Azərbaycan xalqı ilə Tennesi vətəndaşları arasında iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində qarşılıqlı mübadilənin uğurlu gələcəyinə zəmin olmuşdur.

Xahiş edirəm, yenidən Prezident seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə Ulu Tanrıdan möhkəm cansağlığı, Azərbaycan xalqına isə rifah və xoş gələcək diləyirəm. Allah Sizə yar olsun".

XXX

ABŞ-ın Delaver Ştatı Nümayəndələr Palatasının üzvü Helen Kilidən:

"Sizi yenidən Prezident seçilməyiniz və Azərbaycan xalqını gənc demokratiyada atdığı növbəti mühüm bir addım münasibətilə təbrik edirəm.

ABŞ ilə Azərbaycan arasında ortaq strateji maraqlara əsaslanan möhkəm tərəfdaşlıq əlaqələri mövcuddur. Bizim ölkələrimiz ekstremizmin yayılmasının qarşısının alınması, qlobal miqyasda tolerantlığın təbliği uğrunda birgə fəaliyyət göstərir.

Mən böyük sədaqətlə deyə bilərəm ki, Əfqanıstan, İraq və Kosovodakı sülhyaratma əməliyyatlarına verdiyi mühüm töhfələrə görə ABŞ Azərbaycana minnətdardır. ABŞ və Azərbaycan ümumdünya insan hüquqları, azadlıq, demokratiya və müstəqilliyi dəstəkləyir.

Müxtəliflik, tolerantlıq, etnik azlıqlara və gender hüquqlarına hörmət kimi bir çox məsələlərdə bizi birləşdirən ortaq dəyərlər əlaqələrimizin bundan sonra da davamlı olacağını deməyə əsas verir. Mən demokratik prinsiplərə söykənən bu dəyərlərin Sizin ölkəni daha böyük uğurlara qovuşduracağına şübhə etmirəm.

Cənab Prezident, Azərbaycanın dostu olaraq Sizə və xalqınıza ölkənizi inkişaf etdirmək səylərinizdə uğurlar arzulayıram".

XXX

Neft-Qaz Sənayesi və Neft-Qaz Kompleksləri Tikintisi İşçilərinin Həmkarlar İttifaqlarının Beynəlxalq Konfederasiyasının baş katibi Məlik Mirzəyevdən:

"Azərbaycan Respublikası Prezidenti seçkilərində qələbəniz münasibətilə səmimi qəlbdən təbriklərimizi qəbul edin. Bu seçkilər Azərbaycan xalqının böyük əksəriyyətinin ötən illər ərzində respublikada Sizin rəhbərliyinizlə həyata keçirilmiş səmərəli sosial-iqtisadi dəyişikliklərə nə qədər yüksək etimad göstərməsini inandırıcı şəkildə sübut etdi. Siz yüksək peşəkarlığa, idarəçilik və təsərrüfatçılıq sahəsində böyük praktiki təcrübəyə malik olan rəhbər kimi, Azərbaycan xalqının layiqli həyatını, ölkənin mədəni irsinin hərtərəfli dirçəldilməsini təmin edən tədbirlərin həyata keçirilməsinə yorulmadan nail olursunuz.

Sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti vəzifəsində işlədiyiniz illər ərzində Siz həmişə ölkə əməkçilərinin ictimai birlikləri ilə, xüsusən həmkarlar ittifaqları ilə səmərəli əməkdaşlığın inkişafına sanballı töhfə verməyə çalışmısınız. Azərbaycan Həmkarlar İttifaqlarının fəal iştirakı ilə işlənib hazırlanmış dövlət sosial proqramları bu gün muzdlu işçilərin sosial-iqtisadi vəziyyətinin müəyyən dərəcədə sabitləşməsinə kömək edir, işsizliyi azaldır, ölkənin iqtisadi yüksəlişinə dəstək verir.

Çox hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, sevinc və səadətlə dolu uzun ömür, Azərbaycanın tərəqqisi naminə nəcib məqsəd və vəzifələrinizin həyata keçirilməsində uğurlar arzulayırıq".

XXX

Türkiyə Qeyri-Hökumət Təşkilatları Konfederasiyasının sədri Hasan Ekşidən:

"Oktyabrın 9-da keçirilən prezident seçkilərində yenidən qələbə qazanmağınız və xalqınızın Sizə göstərdiyi etimad münasibətilə Türkiyə qeyri-hökumət təşkilatları adından təbriklərimizi çatdırır, ali dövləti vəzifənizdə uğurlar diləyirik".

XXX

"Pakistan Observer" jurnalının baş redaktoru Zahid Malikdən:

"Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Seçkilərin nəticələrindən çox şad oldum.

Jurnalımızda nəşr edilmiş "Azərbaycanda demokratiya dərinləşir" sərlövhəli məqalə Pakistanda yüksək səviyyədə qarşılanmışdır.

Zati-aliləri, Azərbaycan dövlətinə və xalqına rifah diləyir, Sizə ən xoş arzularımı çatdırıram".

XXX

İndoneziya Respublikasının Prezidenti Susilo Bambanq Yudhoyonodan:

"Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi İndoneziya Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Sizin yeni prezidentlik dövrünüzdə uzun illər boyu ölkələrimizin malik olduğu konstruktiv əməkdaşlıq davam etdiriləcəkdir. Qarşılıqlı əməkdaşlığımızın potensialı böyükdür. Bununla əlaqədar, mən Sizinlə əməkdaşlığın digər istiqamətlərində, xüsusilə enerji, ticarət və sərmayə qoyuluşu sahələrində çalışmağa ümid edirəm.

Mən bir daha Sizi yenidən Prezident seçilməyiniz münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, uğurlar, Azərbaycan xalqına rifah arzulayıram.

Zati-aliləri, Sizə dərin ehtiramımın olduğunu bildirirəm".

XXX

"Mir" Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşindən:

"Azərbaycan Respublikası Prezidenti seçkilərində parlaq və inamlı qələbəniz münasibətilə "Mir" Dövlətlərarası Teleradio Şirkətinin çoxmillətli kollektivi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi qəbul edin.

İcazə verin, ali dövləti vəzifənizdə səmərəli fəaliyyətinizi uğurla davam etdirməyinizi, Azərbaycan Respublikasının iqtisadi və siyasi qüdrətinin möhkəmlənməsi və tərəqqisi naminə qarşıya qoyduğunuz məqsədlərə nail olmağınızı arzulayım.

Əmin edirik ki, "Mir" Dövlətlərarası Teleradio Şirkəti MDB ölkələrinin, Gürcüstanın və Baltikyanı dövlətlərin informasiya məkanında Azərbaycanın layiqincə təmsil edilməsi işində bundan sonra da Sizin etibarlı köməkçiniz olacaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti